Icma.az
close
up
RU
“Şəmkir” oyundan bir gün əvvəl Qusara gəlib və Samur postu yaxınlığındakı...” Qubadan “Futbol+”ə etiraz məktubu gəldi

“Şəmkir” oyundan bir gün əvvəl Qusara gəlib və Samur postu yaxınlığındakı...” Qubadan “Futbol+”ə etiraz məktubu gəldi

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 1-nə təyin olunmuş “Hypers Quba” – “Şəmkir” oyunundan əvvəl qonaqların 21 nömrəli futbolçusu Məmməd Məmmədovun maykasının yoxa çıxmasını və onun bu səbəbdən meydana çıxa, oyunda iştirak edə bilməməsini araşdırmağa ehtiyac yaranıb.

Mən 10 il Quba Olimpiya Komitəsində rəhbər vəzifədə çalışmış və stadiona nəzarət etmişəm. Qonaq komandanın paltardəyişmə otağı yerli komandanın, hakimlərin və AFFA nümayəndələrinin paltardəyişmə otaqlarından 50 metr kənarda yerləşir. Hər iki komandanın otağının açarı komanda üzvlərində olur, ora nə azarkeşlər, nə kompleksin işçiləri, nə də rəqib komandanın üzvləri daxil ola bilər. Komandaların və kompleksin mühafizəçiləri, həmçinin Quba rayon Polis Şöbəsinin əməkdaşları paltardəyişmə otağının yaxınlığına heç kimi buraxmırlar.
Quba Olimpiya Kompleksinin, Quba rayon MKTB-nin işçiləri, “Hypers Quba” komandasının üzvləri meydançanı qardan təmizləyib və oyun vaxtında başlayıb. Şaxtalı havada qazonun oyuna tam və vaxtında hazır olmasında əməyi olanlara – AFFA nümayəndəsi Emin Cəfərova, hakim-inspektor Vüsal Əliyevə, Quba Olimpiya Kompleksinin rəhbərliyinə, xüsusən də Rəşad müəllimə və işçilərinə, “Hypers Quba”nın hər bir üzvünə, klub prezidenti Ayaz Abdullayevə futbol azarkeşləri adından minnətdarlığımı bildirirəm.
Hörmətli “Futbol+” qəzeti! Sizdən əməkdaşınızı Qubaya göndərməyi və hadisəni yerində araşdırmağı xahiş edirəm. Onu da bildirmək istəyirəm ki, “Şəmkir” oyundan bir gün əvvəl Qusara gəlib və Samur postu yaxınlığındakı oteldə qalıb, “Şirvanovka”nın stadionunda məşq edib. “Şəmkir”in 21 nömrəli oyunçuna məxsus formanın Quba Olimpiya Kompleksində məhz “Hypers Quba”nın günahı üzündən itdiyi sübut olunarsa, həm bu klubun rəhbərliyi, həm də öz adımdan üzr istəməyə hazıram. Eyni zamanda “Şəmkir”ə təzminat kimi bir komplekt idman forması verməyə hazırıq. İstərdim ki, “Şəmkir” bunu təhqir kimi qəbul etməsin. Hər halda, bir oyunçunun problemini bütün komandaya aid etmək olmaz”.
Hörmətlə, AFFA-nın Şimal Regional Futbol Federasiyasının İdarə Heyətinin üzvü, sabiq futbol hakimi və hakim-inspektoru, Quba və Qusarın “Şahdağ” klublarına rəis vəzifəsində çalışmış, “Hypers Quba”nın idman direktoru Akif Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri