Şəmkirdə 26 yaşlı Əmrah Məmmədov intihar etdi yaxınları inana bilmir FOTO
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəmkir rayonunun Sabirkənd kəndində dəhşətli hadisə baş verib.
Redaktor.az xəbər verir ki, 1999-cu il təvəllüdlü kənd sakini Əmrah Məmmədov özünü asaraq intihar edib.
Hadisə barədə ilk məlumatı “Qafqazinfo” yayıb.
Məlumata görə, gəncin meyiti yaxınları tərəfindən tövlədə asılmış vəziyyətdə tapılıb. Hadisə dərhal hüquq-mühafizə orqanlarına bildirilib və Şəmkir Rayon Prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.
Mərhumun yaxınlarının musavat.com-a verdiyi eksklüziv məlumata əsasən, Əmrah Məmmədov inanclı, vətənpərvər və zərərli vərdişləri olmayan bir gənc kimi tanınıb. Onun intihar etməsi ailəsi, qohumları və tanıyanlar üçün tamamilə gözlənilməz olub. Yaxınları bildirir ki, Əmrah sakit, təmkinli və həyat dolu bir insan idi:
“Heç bir depressiya, ailədaxili problem, ya da şəxsi sıxıntı hiss etməmişdik. Hələ də inana bilmirik. Əmrah bunu edə bilməzdi…”
Əmrahın telefonu araşdırma məqsədi ilə istintaq tərəfindən götürülüb.
Onu da qeyd edək ki, Əmrah Məmmədov ABŞ -da yaşayan tanınmış jurnalist və diaspor fəalı Zaur Bayramlının dayısının oğludur.
Allah rəhmət eləsin!
Baxış sayı:112
Bu xəbər 04 May 2025 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















