Şəmkirdə ət dükanları niyə bağlanıb? Açıqlama
Icma.az bildirir, Reyting.az portalına istinadən.
[b][/b]Şəmkirdə qəssabların işləməməsi, ət dükanlarının bağlanması məsələləri araşdırılır.
Məlumata görə, sosial şəbəkələrdə Şəmkir rayonunda ət dükanlarının bağlanması və satıcıların işi dayandırması ilə bağlı məlumatlar yayılıb.
Yerli sakinlərin iddiasına görə, ət kəsimi məntəqələrində xidmət haqlarının artırılması nəticəsində satıcılar fəaliyyətlərini dayandırıblar.
Əvvəllər iribuynuzlu heyvanların kəsimi üçün 18 manat, xırdabuynuzlu heyvanların kəsimi üçün isə 12 manat tələb olunduğu halda, bu məbləğin 25-30 manata qədər yüksəldiyi qeyd olunub.
Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ nəzarətə götürülüb, bu barədə tədbir görülür və sabahdan ət dükanlarının fəaliyyəti bərpa olunacaq(Report).

Şəmkirdə qəssablar işləmir, ət dükanları bağlanıb İcradan iddialarla bağlı AÇIQLAMA
15 May 2025 18:33
Şəmkirdə ət dükanlarının fəaliyyəti bərpa edilib
16 May 2025 10:44
Şəmkirdə müəllimlərin düşdüyü qəza ilə bağlı Açıqlama
12 İyun 2025 11:07
Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafe bağlanıb
21 Avqust 2025 09:34
Şəmkirdə çayda boğulan 3 azyaşlı ilə bağlı rəsmi açıqlama YENİLƏNİB (FOTOLAR)
04 İyul 2025 19:51

