Icma.az
close
up
RU
Sən Allahın sevimli qulu və bəndəsi olmasaydın… FOTO

Sən Allahın sevimli qulu və bəndəsi olmasaydın… FOTO

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Böyük insanların həyatı ölümlərindən sonra başlar,” – deyiblər.
O da öz böyüklüyünün, nəhəngliyinin miqyasını və çatdırmaq istədiyi həqiqətlərin çoxunu əksəriyyətimizə məhz ölümüylə – qəfildən aramızdan çəkilib getməsiylə anlatdı…

Demək ki, “Allah bizə həqiqətlərə işıq salmaq gücündə olan ölüm nəsib etsin!” duası Allahın da xoşuna gəlibmiş və onu tezcə qəbul edibmiş!

Baxın, bu dünyanı tərk etdiyi o məşum və mübhəm tarixdən cəmisi 2 il keçib. Ancaq bu 2 ildə o, 20 ilin işini görüb, sağkən 20 ildə gedəcəyi yolu elə son ikicə ildə qət edib: qəfil ölümüylə şəxsiyyətinə və düşüncələrinə, getdiyi yola elə bir diqqət çəkib ki, onu yaxından tanımayanlara belə, özünü də sevdirib, sözünü də; yolunu da, övladlarını da, dostlarını da…

Azərbaycan cəmiyyəti bu nəhəng və işıqlı şəxsiyyətin böyüklüyünün miqyasını və çatdırmaq istədiyi həqiqətləri hələ indi-indi dərk etməyə, o sönməz ziyasının, tükənməz və itməz enerjisinin gücünü indi-indi anlamağa başlayır!

Və anladıqca da onu daha çox sevir, düşüncələrinə və yoluna vurulur, ona daha səmimiyyətlə bağlanır!

Heyf ki, mən onu çox gec tanıdım, çox az təmasda oldum, buna baxmayaraq, fəaliyyətimizə verdiyi bir cümləlik qiyməti böyük ənam sayıb, qardaş vəsiyyətitək qəlbimə yazdım!

O, siyasətçilərimiz arasında “din xadimi”, dindarlarımız sırasında “siyasətçi” qiyafəsində görünsə də, əslində, günümüzün siyasətini zəngin din tariximizin və sağlam elmi biliklərinin süzgəcindən keçirərək, çox dəqiq, rasional qiymətləndirmə apara bilən və doğrunu tapan bəsirətli bir alim, düşüncələri, əməlləri və şəxsi nümunəsiylə cəmiyyətə yalnız fayda verən yetkin ictimai xadim, əqidəsində sabit həqiqi mömin, bənzərsiz ziyalı idi!

Məhz bu səbəbdən siyasətçilərimizdən də nüfuzlu və hörmətli idi, dindarlarımızdan da…

Elə buna görə də sevimli Peyğəmbərimizin (s.ə.s.) bizə qoyub getdiyi və vəsiyyət etdiyi o iki qiymətli əmanəti – “Qurani-Kərim”i və “Əhli-Beyt”i başqalarından daha gözəl şəkildə çatdıra, anlada, izah edə və sevdirə bilirdi!

Yaxşılığa dəvətdə və pisliklərdən çəkinməyə çağırışda ortaya qoyduğu şəxsi nümunə artıq 2 ildir ki, bu milli itkinin yoxluğunu dosta da, düşmənə də hiss etdirir… Dost kədərlənir, düşmən sevinir…

Ruhun şad olsun, ey “Əhli-Beyt” yolunun sadiq yolçusu, özü və ideyaları işıq olan və bu işığıyla da çox gözləri qamaşdıran Bayraq Adam, Allah Dostu!

Sən Allahın sevimli qulu və bəndəsi olmasaydın, o qədər insanın qəlbini fəth edə, təmənnasız sayğı və sevgisini əldə edə bilməzdin!

Bu əziz gündə Səni dərin ehtiram və minnətdarlıq hissiylə anırıq!

Çox sevdiyin və kamil insan nümunəsində təbliğ etdiyin Həzrəti Əli (ə.) şəxsiyyətinə münasibət tarixən möminlə münafiqi ayırdetmə xətti sayıldığı kimi, indi ölkəmizdə Sənin şəxsiyyətinə münasibət də artıq dövrümüzün əbusüfyanlarını, müaviyələrini, hindələrini və mərcanələrini tanımaqda hədsiz çox köməyimizə çatır!

O əziz ruhuna bizdən qardaş salamı və salavat olsun, Hacı!

Elxan Şükürlü

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Mart 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri