Icma.az
close
up
RU
“Sən çox gözəl görünürsən”

“Sən çox gözəl görünürsən”

Milli.az saytına istinadən Icma.az xəbər verir.

İlk görüşə gedərkən hər bir kişi, təbii ki, yaxşı təəssürat yaratmaq istəyir. Lakin bir çoxları fərqinə varmadan çəki ilə bağlı müəyyən stereotiplərə sahib olur və buna görə də səhvlərə yol verirlər.

Dolğun qadınla görüşdə nələri qətiyyən etməmək lazım olduğunu aydınlaşdıraq

1. Ona dolğun qadınları nə qədər sevdiyini demə.

Kiminsə ölçülərini və ya xarici görünüşünü müzakirə etmək nəzakətsizlikdir. Ona görə də "piyli qadınlara heyranam" kimi ifadələrdən qaçmaq lazımdır. Əgər kompliment etmək istəyirsənsə, daha yaxşısı, "sən çox gözəl görünürsən" və ya "bu geyim sənə çox yaraşır" kimi sözlər de. Bu, onun xarici görünüşünə diqqət etdiyini göstərəcək, amma bədən quruluşunu fetişə çevirməyəcək.

2. Özünü ona "xidmət göstərirmiş" kimi aparma.

Qadının XXL ölçü geyinməsi heç də onun özünəinamının aşağı olması və ya kişilərdən gələn diqqəti xüsusi bir hədiyyə kimi qəbul etməsi demək deyil. Insan haqqında yalnız görünüşə əsaslanaraq nəticə çıxarmağa son qoy. Bədən quruluşu özünə güvəni müəyyən etmir, amma yuxarıdan aşağı baxan münasibət onu mütləq narahat edəcək.

3. Onun bədəninə həddindən artıq diqqət göstərmə.

Dolğun qadınlar gözəl formalara sahibdirlər, amma bu, onların sinəsinə və ya digər bədən hissələrinə açıq-aşkar baxmaq icazəsi vermir. Qadını bir anlıq nəzərdən keçirmək normaldır, amma göz kontaktına qayıtmaq vacibdir. Göz təması səmimi maraq göstərir və qadının yanında özünü rahat hiss etdiyini nümayiş etdirir.

4. Onun səni əyləndirəcəyini gözləmə.

"Şən dolğun qadın" stereotipi çoxdan köhnəlib. Paltar ölçüsü insanın xarakterini müəyyənləşdirmir. Zarafatcıl və yumor hissi olan insanlar hər cür bədən quruluşunda olur. Dolğun qadınlar da digər insanlar kimi kədərlənə, əsəbiləşə və öz emosiyalarını müxtəlif formalarda ifadə edə bilərlər. Onlar "səni güldürmək üçün" görüşə gəlmirlər.

5. Onun yataqda ehtiraslı olacağına dair qənaət yaratma.

Bəzi kişilər yanlış olaraq düşünürlər ki, dolğun qadınlar öz formalarını "kompensasiya etmək" üçün yataqda daha ehtiraslı davranacaqlar və ya digər qadınların etmədiklərini edəcəklər. Bu fikri dərhal unut. Özünə hörmət kiloqramlarla ölçülmür. Heç kim başqasının gözləntilərinə uyğunlaşmaq üçün öz sərhədlərini pozmamalıdır. Əgər nəsə qeyri-adi bir şey sınamaq istəyirsənsə, bunun üçün uyğun icmalar var, dolğun qadınlar yox.

6. Fətfobiya haqqında söhbət açma.

"Bütün qadınlar gözəldir, kaş ki, bunu hamı başa düşəydi" və ya "Gündəlik hansı təzyiqlərlə üzləşdiyini təsəvvür edirəm" kimi ifadələr çox vaxt xoş qarşılanmır. Belə cümlələr səni fət-şeyminqlə mübarizə aparan "aydınlanmış" biri kimi göstərməyəcək. Əksinə, dolğun qadın düşünə bilər ki: "Mənim həyatım haqqında heç nə bilmir, amma yenə də mühakimə etməyə çalışır".

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:447
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri