Icma.az
close
up
RU
Sen Maksimendən dopinq qalmaqalı ilə bağlı yeni açıqlama

Sen Maksimendən dopinq qalmaqalı ilə bağlı yeni açıqlama

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

''Fənərbaxça'' ilə icarə müqavilə bitdikdən sonra ''Əl-Əhli''yə qayıdan Alan Sen-Maksimen dopinq mövsümünü gündəmdə saxlamaqda davam edir.

Məlum olduğu kimi təcrübəli fransalı vinger bu günlərdə qatıldığı bir canlı yayında qalmaqallı etirafı ilə gündəmə gəlmiş və ''Fənərbaxça''da oynadığı dönəmdə həkimlərin onun orqanizminə qadağan olunmuş bir maddə yeritməyə çalışdıqlarını iddia etmişdi. ''Fənərbaxça'' rəsmi bəyanat yayaraq bu açıqlamanın klubun nüfuzuna xələl gətirdiyini bildirmiş və futbolçunu məhkəmə ilə hədələmişdi.
Bu arada 28 yaşlı futbolçu sosial şəbəkədə ona bu mövzuda mesaj göndərən bir futbolsevərə cavab verərək bunları deyib:

''Bir azarkeş olaraq sənin hisslərini anlayıram. Mən sözlərimin ''Fənərbaxça'' qələbələri başqa yolla qazanır'' kimi anlaşılmasını istəmirəm. Mənim məqsədim bu deyildi. Mən klubun ətrafında oyunçuları sağaltmaq üçün istifadə olunan üsullardan danışıram. Bu kluba, fanatlara, eləcə də mənim nələr yaşadığımı görən və daim yanımda olan Acun Ilıcalıya böyük hörmətim var. Suala konkret olaraq cavab verməli olsam, bir dəfə xəstə olduğum dönəmdə klubla əməkdaşlıq edən xəstəxanadan gələn bir həkim mənə həmin o məşhur iynəni vurmağa çalışdı. Söylənilənlərin əksinə bunun qarşısını klubun baş həkimi yox, mən özüm kəsdim. Həmin xəstəxananın həkiminin davranışının və hərəkətlərinin normal olmadığını dərhal hiss etdim. Ona görə də həmin an bu işlərə cavabdeh olan klubun baş həkimi ilə əlaqə saxlayaraq mənə vurmağa çalışdıqları həmin o iynənin adını təsdiqləməsini istədim. Təbii ki, bunu etmədi. Qorxduğum düz çıxdı. Çünki o, qadağan olunmuş bir maddə idi''.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:285
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyul 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri