Icma.az
close
up
RU
Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli... Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...

Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli... Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Akif Nağıya gəlincə isə deyirəm ki, partiyasında 5-6 nəfər adam olan birisinin nə haqqı var ki, məni təhqir etsin. “Kostyum geyinib, özlərini kişi kimi göstərirlər. Amma anlamırlar ki, əsil kişi qadını sosial şəbəkədə söyməz. Bu adamlarda məndə olan mərdliyin heç bir faizi də yoxdur. Akif Nağı barəmdə təhqiramiz fikirlər səsləndirib. Belə çıxır ki, o evində də bu sözlərdən istifadə edir. Əks halda o cür kəlmələr onun dilinə yad olardı”.

Mia.az  xəbər verir ki, bunu musavat.com-a açıqlamasında teleaparıcı Səidə Bəkirqızı Azad Vətən Partiyasının sədri Akif Nağının sosial media hesabında onu təhqir etməsindən danışarkən deyib.
O bildirib ki, keçmiş məcburi köçkünlərlə bağlı mövzunun yenidən qızışmasına səbəb aparıcı Ulvira Qarayevaya verdiyi müsahibə olub.
Orada verdiyi açıqlama cəmiyyətdə yenidən müzakirə mövzusuna çevrilib və təhqirlərə yol açıb: “Mən həmin müsahibəni Ulvira Qarayevaya noyabr ayında vermişdim. Ulvira həmin verlişdə məcburi köçkünlər mövzusunu açıb, mənim üzərimdən özünə reytinq yığmaq istədi. Halbuki mən verilişə gələrkən çəkiliş öncəsi ondan xahiş etdim ki, bu mövzunu açmasın və bu haqda danışılmasın. O, bu xahişimə rəğmən yenə də məcburi köçkünlərlə bağlı sual verdi və mən cavablamaq məcburiyyətində qaldım. Hətta sonra da ona dedim ki, həmin hissəni çıxar. Bir də xəbər tutdum ki, Ulvira elə məhz həmin hisəni ayrıca video halında tirajlayıb.

O, anlamadı ki, mən həmin açıqlamada və ondan əvvəl də bütün məcburi köçkünləri nəzərdə tutmuram. Qarabağda ev verilməsinə rəğmən, vaxtı ilə girdiyi evlərdən çıxmayan məcburi köçkünləri nəzərdə tutmuşam. Onlara demişəm ki, Qarabağa qayıdın. Ümumiyyətlə, fikirlərim o adamlara təsir etdi ki, onun-bunun evinə girmişdi və Qarabağda ev verilsə də çıxmırdı.

Ulvira həmin verilişdə bu mövzunu yenidən qızışdırdı və özünə reytinq yığdı. Ondan sonra Akif Nağı kimi adamlar başladı məni təhqir etməyə. Halbuki, mən daim şəhid ailələrinin yanında olan, qazilərə öz cibindən dərman alan adamam. Bunu nə Ulvira, nə də Akif Nağı edib.

Akif Nağıya gəlincə isə deyirəm ki, partiyasında 5-6 nəfər adam olan birisinin nə haqqı var ki, məni təhqir etsin. Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli, elə dediyin sözlər sənə aiddir. Akif Nağı, sənin başqa işin yoxdur? İndi də sən üzərimdən reytinq yığırsan? İndi biz də çıxıb sənin haqqında bildiklərimizi danışaq?
Akif Nağı deyir ki, Səidə ermənidir. Onun özünü yoxlamaq lazımdır, emənilərlə qarışığı ola bilər. Deputat seçkilərində nə hoqqalar verirdiniz, hamıya məlumdur”.

Xatırladaq ki, Azad Vətən Partiyasının sədri Akif Nağı teleaparıcı və bloger Səidə Bəkirqızı haqqında sosial emdiada sərt status paylaşıb: "Səidə adında bir erməni... xeyli vaxtı ki , sosial şəbəkələri zəbt edib, məcburi köçkünlərin ünvanına iftiralar yağdırır. Hesab edirəm ki , o, ermənidi və erməni xüsusi xidmət orqanları tərəfindən azərbaycanlı adı ilə hazırlanıb, ölkəmizə göndərilib, ermənilər bu metoddan bizə qarşı həmişə istifadə ediblər ya da sonradan burada ələ alıblar, yəni "verbovka" ediblər. Onu ələ alanların məqsədi Azərbaycanda qarşıdurma və xaos yaratmaqdı. 

Hər kəs bilir ki, məcburi köçkünlər bu dəqiqə ayaqyalın öz yurduna getməyə hazırdı, amma köç dövlət proqramı əsasında mərhələlərlə həyata keçirilir. Bunu bu ... da bilirir, amma bilərəkdən yalan danışır. Çünki o və züy tutanları həm erməni xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirir, həm də sosial şəbəkələrin qaydalarına uyğun olaraq yaxşı pul qazanırlar. Ona görə də hər kəsdən xahiş edirəm bu ... yazı və çıxışlarını açmayasınız, rəy yazmayasınız. Xüsusi xidmət orqanlarından isə xahiş edirəm bunun ermənilərlə əlaqələrini araşdırsınlar. Əminəm ki, dediklərim yerini alacaq".

Partiya sədrinin yazdığı statusda təhqir sayılan ifadələri ixtisar edib yerinə .. qoymağa məcbur olduq".

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Fevral 2026 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri