Icma.az
close
up
RU
Sən nə yamansan, a buz...

Sən nə yamansan, a buz...

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə qarlı hava xeyir-bərəkəri ilə yanaşı, qayğıları da artırır. Dünyamızın ağ örpəyi xoş mənzərəsi, ümumi sevinci ilə bərabər, çətinlik də yaradır, kimlərə isə ağır-acı da yaşadır.

Qarlı havanın fəsadları hərəkətin sıx olduğu paytaxtda daha çox hiss olunur. Son günlərdə Yol Polisi havaların kəskin dəyişməsi, yolların buz bağlayacağını barədə xəbərdarlıq etsə də zəruri tələbatdan əlavə, vəziyyəti düzgün qiymətləndirməmək səbəbindən yollara yenə çox maşın çıxıb. Buna görə də Bakının küçələrində böyük tıxaclar yaranıb.    

Metronun “Neftçilər” və “Xalqlar dostluğu” stansiyaları ətrafında, Bayıl istiqamətində və Bayraq meydanından mərkəzə gələn yolda, Balaxanı və Zığ şoselərində nəqliyyatın hərəkəti çətinləşib. “20 Yanvar” dairəsi, Bakı–Sumqayıt, Xocəsən–Sulutəpə yolunda da böyük tıxaclar  yaranıb. 

Həmin yollar buz bağladığından avtomobillərin hərəkət sürəti xeyli aşağı olub, maşınların sürüşməsi müxtəlif qazalara səbəb olub. 

Milli  Hidrometeorologiya Xidmətinin verdiyi məlumatda dekabrın 20-i axşam saatlarından başlayaraq havaların xeyli soyuq və dəyişkən keçəcəyi, temperaturun mənfi 2–5 dərəcəyədək enəcəyi bildirilib.  Bu xəbərdarlığa məhəl qoymamaq isə əhalinin küçə və meydanlarda sıx hərəkəti ilə müşayiət olunub. Buna görə qar və buz üstündə sürüşüb yıxılanlar, müxtəlif xəsarət alanlar da olub. 

Qar təbiət hadisəsidir və illər boyu onun çətinliyinə də alışmışıq. Qarın yağması uşaqların sevincinə səbəb olsa da, yaşlı adamların ehtiyatsızlıqdan yıxılıb müxtəlif xəsarətlər alması xəbərlərini eşitmək əhvalımızı korlayır. Bu dəfə də belə xəbərlər eşitməli olduq. 

Səhiyyə Nazirliyinin məlumatına görə,  dekabrın 21-də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı havada yıxılıb xəsarət almış 55 nəfər müraciət edib. Həmin adamlarda, əsasən, sınıqlar, bilək və bud nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. Dekabrın 22-si də daxil olmaqla, səhiyyə müəssisəsinə xəsarət alan 165 nəfər müraciət edib. Onların 13 nəfəri cərrahi müalicəyə məruz qalıb.

TƏBİB-dən verilən məlumatda isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 41-i qadın, 43-ü kişi olmaqla, 84 nəfər müraciət edib. Onlardan 79 nəfər müxtəlif xəsarəətlə müvafiq tibb müəssisələrində yerləşdirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli  Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, soyuq hava və qar yağması  dekabrın 24-dək davam edəcək. Ona görə də zəruri hal olmadıqca evdə qalmaq və bayıra çıxarkən isə ehtiyatlı olmaq tövsiyə edilir.

Zərifə HÜSEYNOVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see265

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see248

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see241

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see235

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see226

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see225

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see223

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see199

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see195

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see171

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see169

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see166

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri