Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bəs sən onlara niyə inandın?

Bəs sən onlara niyə inandın?

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün ölkə gündəmini vərəqləyərkən diqqətimi iki xəbər çəkdi. İlk baxışda bir-birindən tamamilə uzaq, amma mahiyyətcə eyni kökdən bəslənən iki xəbər...

Birincisi, xaricdə təhsil və köç adı altında yüzlərlə ailənin etibarından istifadə edildiyi iddia olunan “AİD Group” qalmaqalı və onun illərlə televiziya ekranlarından tanıdığımız siması Nigar Fərhad. İkincisi isə Mətbuat Şurasının sədri Rəşad Məcidin 85 yaşlı anasının kitabdan uzaqlaşıb “TikTok” videolarına aludə olması ilə bağlı səmimi gileyinə aparıcı Zaur Baxşəliyevin cavabı: “Dünya süni intellekt dövrünə keçir, siz hələ “TikTok”u müzakirə edirsiniz? “Relax” olun...”

İki fərqli hadisə, amma eyni acı mənzərə: Biz yenə ekrandakı parıltıya aldanmışıq.

Bu iki xəbəri birləşdirən əsas xətt onları həyatımıza, evimizin yuxarı başına eyni qapıdan buraxmağımızdır. Televiziya ekranından və o ekranın ətrafında süni şəkildə toxunan o “toxunulmazlıq” haləsindən...

Birinə baxıb “bu adam müdrikdir”, digərinə baxıb “bu qadın etibarlıdır” dedik. Heç birinin mahiyyətinə bələd olmadan, sadəcə təqdim etdikləri obrazı yerə düşən çörək kimi öpüb gözümüzün üstünə qoyduq.

Hər ikisinin efirdə illərlə formalaşdırdığı illüziyaya baxanda ssenarinin eyniliyi adamı təəccübləndirmir. Biri özünü cəmiyyətin “mədəniyyət polisi” elan edib insanların şəxsi həyatını müzakirə etməyi, kimə necə yaşamağı öyrətməyi norma saydı. Digəri isə akademik təcrübəsini, xarici diplomlarını və televiziya nüfuzunu etibarın ən güclü arqumentinə çevirdi. Hər ikisi eyni üstünlükdən — ekrandan süzülən toxunulmazlıq kreditindən pay aldı.

Biz isə qəribə bir ziddiyyətin daşıyıcısıyıq. Uşağımıza dərs deyəcək müəllimi həftələrlə araşdırır, ev alanda sənədləri hüquqşünasa göstərir, həkim seçəndə on adamdan rəy alırıq. Amma ekranda görünən birinə inanmaq üçün cəmi bir neçə parlaq titul, səlis nitq və bahalı studiya dekorasiyası kifayət edir.

Prestijli universitetlər insana bilik verə bilər, analitik düşüncə formalaşdırar, nitq mədəniyyəti aşılayar. Amma vicdanı və ləyaqəti tədris edən heç bir magistr proqramı yoxdur. Empatiyanın diplomu olmur. Bu sadə həqiqətlə isə yalnız iş-işdən keçəndən sonra üzləşirik.

Rəşad Məcidin anası barədə yazdığı status da əslində sosial şəbəkə haqqında deyildi. O status kitabın evlərimizdən sakitcə sıxışdırılıb çıxarılması, təfəkkürümüzün 15 saniyəlik videolara təslim olması haqqında həyəcan təbili idi. Ona “relax olun” cavabını verən aparıcı isə əslində öz kontentini müdafiə edir, o gileyin hər sətrində öz fəaliyyətinin güzgüsünü görürdü.

Süni intellekt dövründə yaşamağımız həqiqətdir. Amma mütaliəni dayandırmış cəmiyyətin əlində süni intellekt də sadəcə bahalı və təhlükəli bir oyuncaqdır. Düşünməyi dayandıran insanın texnologiyası inkişaf edə bilər, özü yox.

Bizim bu halımız mənə Hans Xristian Andersenin məşhur “Kralın yeni libası” nağılını xatırladır.  İki fırıldaqçı kral üçün yalnız ağıllı insanların görə biləcəyi xüsusi görünməz parçadan paltar toxuduqlarını iddia edir. Bütün cəmiyyət sırf “cahil” görünməmək üçün gözünün gördüyü çılpaqlığı yox, qulağının eşitdiyi yalanı təsdiqləyir. Yalnız bir uşağın “kral çılpaqdır!” nidası həmin kütləvi illüziyanı darmadağın edə bilir. Bu gün bizim mediamız və sosial şəbəkələrimiz də eyni toxuculuqla məşğuldur. Bizə “status”, “etibar” və “mədəniyyət” adı altında görünməz libaslar satılır. Hər kəs başqasının alqışladığını görüb susur, gözünün qabağındakı saxtakarlığı yox, onun ssenarisini alqışlayır. Çünki etiraz etmək — böyük riskdir! 

Digər tərəfdə isə vəziyyət daha faciəvidir. Xaricdə oxumaq, işləmək, yeni gələcək qurmaq istəyən insanlar sənədlərini, illərlə topladıqları vəsaitlərini və ən əsası ümidlərini Nigar Fərhadın parıltılı imicinə həvalə etdilər. O isə insanların ən təmiz arzusunu fürsətə çevirdi. Nəticədə mənimsənilən təkcə külli miqdarda pullar olmadı, kim nə deyir desin, bu, adi maliyyə dələduzluğu deyil, daha ağırıdır - mənəvi cinayətdir.

Biz diplomu xarakter hesab etdik, reytinqi peşəkarlıq, ekranı isə mütləq həqiqət... Sonra da təəccüblə soruşuruq: “bizi kim aldatdı?”

Bəlkə də sualı dəyişməyin vaxtı çoxdan çatıb: Biz onlara niyə  inandıq?..

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Avqust 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri