Icma.az
close
up
RU
Sənaye parkları ölkəyə modern istehsal gətirir

Sənaye parkları ölkəyə modern istehsal gətirir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafına xüsusi dinamizm gətirən sənaye parklarında innovativ və yüksək texnologiyaların tətbiqi, dövlət tərəfindən həyata keçirilən müxtəlif stimullaşdırıcı tədbirlər davamlı olaraq artır. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər.

Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən, eləcə də gömrük rüsumundan azad olunublar. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaradılmış sənaye zonalarında fəaliyyət göstərən sahibkarlar da istehsal prosesində istifadə etdikləri bir sıra xammal və materialların idxalına görə 10 il müddətinə əlavə dəyər vergisindən azad ediliblər. Bununla yanaşı, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi qədər dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödənilir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımovun sözlərinə görə, sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes platformasıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb. Belə ki, sənaye zonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sahibkarlıq subyektləri “Plug and Play” prinsipindən istifadə etməklə sənaye zonalarında öz biznes layihələrini həyata keçirə bilərlər.

Qurum rəsmisinin sözlərinə görə, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal əlavə dəyər vergisi və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 501 milyon manatdan çox, cari ilin 11 ayında isə 40,68 milyon manat vəsaitə qənaət ediblər. Bunun da böyük hissəsi sənaye parklarının payına düşür. Yeri gəlmişkən, ötən müddətdə ölkəmizdə 1471 hektar ərazidə 7 sənaye parkı yaradılıb. Sənaye parklarının rezidentləri tərəfindən istehsal fəaliyyətinin təşkili üçün indiyədək 5 milyard 660 milyon manata yaxın sərmayə yönəldilib. Həmin vəsait hesabına 17 mindən artıq iş yeri açılıb. Bundan əlavə, Prezident İlham Əliyevin 2024-cü il dekabrın 5-də imzaladığı fərmana əsasən 30 hektar ərazidə Naxçıvan Sənaye Parkı yaradılıb. Yeni parkın isə muxtar respublikanın sənaye potensialının artırılmasına mühüm töhfələr verəcəyi şübhə doğurmur.

Yeri gəlmişkən, ölkəmizin sənaye parklarının uğurlu fəaliyyəti dünyanın nüfuzlu reytinq agentliklərinin, müxtəlif iqtisadi qurumların da diqqətini cəlb edib. Məsələn, “BIK Ratings” beynəlxalq reytinq agentliyinin ötən il dərc etdiyi sənaye parklarının reytinq siyahısında Azərbaycanın 3 müasir istehsalat məkanı – Mingəçevir, Pirallahı və Qaradağ sənaye parkları ilk onluqda yer alıb.

Sənaye parklarında istehsal olunan rəqabət qabiliyyətli məhsullar ölkəmizin ixrac potensialınının artırılmasına da mühüm töhfələr verir. Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyri-neft-qaz sənaye ixracının payının 25 faiz artırılması nəzərdə tutulub. Bu hədəfə çatmaq üçün ölkəmizin azad iqtisadi zonalarına daxil olan sənaye parklarından da gözləntilər çoxdur.

Bir məqamı da qeyd edək ki, son zamanlar yerli və xarici sahibkarlar sənaye zonalarında, o cümlədən sənaye parklarında yaradılmış əlverişli sərmayə mühitindən yararlanmağa çalışır, bu ərazilərdə iş qurmağa daha çox üstünlük verirlər. Təkcə onu qeyd etmək kifayətdir ki, bu ilin yanvar-oktyabr aylarında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 27 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunun da 13-ü Ağdam Sənaye Parkının, 6-sı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 2-si Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin payına düşür. Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına, ümumilikdə, 213 milyon manatdan çox investisiyanın yatırılması, 2 min 600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, tamet daşların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağların, dəri və dəri məmulatların, led işıqların, su təmizləmə cihazları və onların ehtiyat hissələrinin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsində mühüm rol oynayan Ağdam Sənaye Parkının fəaliyyəti də bu baxımdan diqqət çəkir. Xatırladaq ki, Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə, Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi fəaliyyət göstərir. Həmin sahibkarlıq subyektləri tərəfindən sənaye parkında, ümumilikdə, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Ötən müddətdə rezidentlər tərəfindən sənaye parkında görülmüş işlərə 95 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb.

Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Həmin müəssisələr elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar. Sənaye parkının bir çox rezidenti isə ərazidə layihələndirmə, tikinti-quraşdırma işləri aparır. Gələn il isə parkın ərazisində elektrik dirəklərinin istehsalı və sair müəssisələrin fəaliyyətə başlaması nəzərdə tutulur.

Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılıb. Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, həmin ərazilərə köçürüləcək əhalinin məşğulluğunun təmin olunmasından ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see702

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see438

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see264

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see233

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see230

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see212

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see211

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see209

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see200

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see198

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see196

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see195

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see189

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see188

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see187

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see185

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see184

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri