Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin iyunun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2,668 milyard manat təşkil edib.
Bakıvaxtı.az Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 10 milyon manat (0,4%) artıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 83 milyon manat (3%) azalıb.
Sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 2,658 miyard manat, ötən ilin iyunun 1-nə isə 2,751 milyard manat təşkil edib.
Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,4 milyard manata bərabər olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditləri, 8,9 milyard manatı istehlak kreditləri, 4,4 milyard manatı isə ipoteka kreditləri təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 15 İyul 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















