Icma.az
close
up
RU
Sənaye tullantıları onilliklər ərzində qayaya çevrilir ARAŞDIRMA

Sənaye tullantıları onilliklər ərzində qayaya çevrilir ARAŞDIRMA

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 aprel, AZƏRTAC

Qlazqo Universitetinin tədqiqatçıları polad sənayesinin tullantılarının qısa müddət ərzində təbii qaya formalarına çevrildiyini göstərən diqqətçəkici araşdırma aparıblar.

AZƏRTAC xəbər verir ki, “Geology” jurnalında dərc olunan tədqiqat sənaye məhsulu olan şlakın cəmi 35 il ərzində bərk süxura çevrildiyini və bunun insan fəaliyyətinin Yer sisteminə təsirinin yeni və sürətli formasını nümayiş etdirdiyini ortaya qoyub.

Ənənəvi geoloji proseslər süxurların milyonlarla il ərzində əmələ gəldiyini göstərsə də, bu araşdırma sənaye tullantılarının onilliklər ərzində qayaya çevrilə biləcəyini sübut edir. Tədqiqatçılar bu prosesi “sürətli antropoklastik süxur dövrü” adlandırıblar və hesab edirlər ki, bu fenomen sənayeləşmiş sahil zonalarında qlobal miqyasda yayılmış ola bilər.

Britaniya sahilindəki Dervent-Hou ərazisində 2 kilometrlik şlak yatağında aparılan müşahidə və təhlil nəticəsində şlak materialında kalsium, dəmir, maqnezium və manqan kimi yüksək reaktiv elementlərin olduğu aşkarlanıb. Dəniz suyunun və havanın təsiri ilə bu elementlər sürətlə kimyəvi reaksiyaya girərək kalsit və brusit kimi təbii sement materiallarını əmələ gətirib və süxurun sürətli bərkiməsinə səbəb olub. Laboratoriya analizləri zamanı içərisində 1934-cü ilə aid Kral V Georq sikkəsi və 1989-cu ildən əvvəl istehsal olunmuş alüminium içki qabı tapılıb. Bu tapıntılar sübut edir ki, süxur formalaşması 35 ildən daha az müddətdə baş verib.

Tədqiqatın müvafiq müəllifi Amanda Oven bildirib: “Ənənəvi olaraq qaya əmələgəlmə dövrünü min və ya milyonlarla illik proses kimi başa düşürük. Ancaq burada görürük ki, sənaye tullantıları onilliklər ərzində geoloji rekordlara daxil ola bilir və bu, gələcəyimiz üçün geri dönməz təsirlər yarada bilər”.

Professor Con Makdonald əlavə edib: “Bu prosesi dəqiq tarixləndirmək mümkün oldu. Tapılan materiallar göstərir ki, bərk süxura çevrilmə insan ömrü müddətində də baş verə bilər.”

Doktor Devid Broun bu prosesin yalnız Kumbriyaya xas olmadığını, şlak yataqları olan sahil bölgələrində də müşahidə oluna biləcəyini vurğulayıb.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, tullantı materiallarının sürətli daşlaşması ekosistemlərə və biomüxtəlifliyə mənfi təsir edə, sahil zonasının idarə edilməsini və iqlim dəyişikliyinə uyğunlaşmanı çətinləşdirə bilər. Sürətlə yaranan qaya platformaları sahil eroziyasını və dəniz səviyyəsinin yüksəlməsinin təsirlərini dəyişdirə bilər.

Hazırda komanda Avropanın digər sahil bölgələrində oxşar şlak yataqları üzərində tədqiqatları davam etdirmək və “sürətli antropoklastik süxur dövrü” barədə anlayışı dərinləşdirmək üçün əlavə maliyyə mənbələri axtarır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 05:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri