Icma.az
close
up
RU
Sumqayıt Sənaye Parkı müasir istehsal kompleksinə çevrilir

Sumqayıt Sənaye Parkı müasir istehsal kompleksinə çevrilir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ərazidə 42 rezident fəaliyyət göstərir

Yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında yeni istehsalat binalarının və onların fəaliyyətini təmin edəcək mühəndis-kommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır. Dövlət satınalmalarının vahid internet portalında dərc edilən məlumata əsasən, bununla bağlı layihə-smeta sənədləri hazırlanacaq.

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən həyata keçiriləcək layihə çərçivəsində işlər parkın ərazisində ayrılmış 2,29 hektar sahəni əhatə edəcək. Layihə-smeta sənədlərinin hazırlanması xidmətinin dəyəri isə 170 min manat təşkil edir.

Layihənin birinci mərhələsində ərazidə 3 istehsalat binasının yaradılması nəzərdə tutulur. Onlardan birinin sahəsi 1728 kvadratmetr, digər 2 binanın isə hər birinin sahəsi 1920 kvadratmetr olacaq. Beləliklə, birinci mərhələdə ümumi sahəsi 5 min 568 kvadratmetr olan 3 istehsalat binasının tikintisi planlaşdırılır. Layihənin perspektiv mərhələsində isə daha 3 istehsalat binasının inşası nəzərdə tutulur. Bu binaların hər birinin sahəsi 1920 kvadratmetr təşkil edəcək. Bununla ikinci mərhələnin də həyata keçirilməsi nəticəsində istehsalat binalarının ümumi sayı 6-ya çatdırılacaq.

Yeni istehsalat sahələri ilə yanaşı, ərazidə onların fəaliyyətini təmin edən zəruri infrastrukturun yaradılması da nəzərdə tutulur. Burada daxili avtomobil yollarının, elektrik və su təchizatı şəbəkələrinin, kanalizasiya sistemlərinin, yanğınsöndürmə infrastrukturunun və rabitə sistemlərinin qurulması nəzərdə tutulur. Ərazidə yük avtomobillərinin hərəkəti üçün daxili yol infrastrukturu yaradılacaq. Bundan əlavə, texniki yolların çəkilməsi, xarici işıqlandırma sistemlərinin quraşdırılması və ərazinin abadlaşdırılması da planlaşdırılır.

Layihəyə əsasən, duzsuzlaşdırma zavodunun elektrik enerjisi təchizatının dayanıqlılığının təmin edilməsi üçün ehtiyat enerji sistemlərinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə dizel generator qurğusu, avtomatik ehtiyat enerji qoşulma sistemi və generator üçün xüsusi meydança yaradılacaq. İstehsalat binalarında içməli və texniki su təchizatı, məişət və yağış suları kanalizasiya sistemləri, eləcə də yanğın su təchizatı və yanğınsöndürmə sistemləri qurulacaq.

Layihədə istehsalat binalarının rabitə, internet və digər zəif cərəyan sistemləri ilə təmin edilməsi məqsədilə zəruri infrastrukturun yaradılması da öz əksini tapıb. Eyni zamanda, ərazinin təhlükəsizliyi üçün videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin quraşdırılması, həmçinin nəzarət-buraxılış məntəqəsinin yaradılması planlaşdırılır. Layihəyə əsasən istehsalat bloklarında sanitar qovşaqlar, ümumi havalandırma sistemləri və digər zəruri kommunikasiyalar yaradılacaq.

Layihə çərçivəsində istehsalat binalarının texniki xüsusiyyətləri də müəyyənləşdiriləcək. Belə ki, birinci mərhələdə nəzərdə tutulan binaların dəmir-beton konstruksiyalardan inşa edilməsi, onların müvafiq elektrik, su, kanalizasiya və yanğın təhlükəsizliyi sistemləri ilə təmin olunması planlaşdırılır. İstehsalat məqsədləri üçün tələb olunan xüsusi havalandırma sistemlərinin isə gələcək icarəçilər tərəfindən ayrıca quraşdırılması nəzərdə tutulur.

Layihələndirmə zamanı ərazinin planlaşdırılması və hamarlanması, mühəndis-geoloji və topoqrafik işlərin aparılması, geoloji hesabatın hazırlanması, şəhərsalma əsaslandırmasının və müfəssəl baş planın hazırlanması da həyata keçiriləcək. Bundan əlavə, layihəyə müəllif nəzarətinin həyata keçirilməsi və yerli tikinti materiallarından istifadə olunması nəzərdə tutulur.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük istehsalat zonası sayılan Sumqayıt Sənaye Parkı Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın əsas məqsədi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı inkişafına töhfə vermək və sənaye sahəsində məşğulluğu artırmaqdır.

Dövlət başçısının 2025-ci il avqustun 11-də imzaladığı digər sənədə əsasən isə, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün əlavə torpaq sahəsi ayrılıb. Bununla da, parkın ərazisi 640 hektara çatdırılıb.

Sənaye parkında indiyədək ümumi investisiya həcmi 6,8 milyard manat olan 42 sahibkarlıq subyektinə rezident statusu verilib. Ötən müddətdə rezidentlər parkın ərazisinə 5,7 milyard manatdan çox investisiya qoyublar. Bunun da nəticəsində 6 mindən artıq daimi iş yeri yaradılıb. Hazırda burada kimya, maşınqayırma, tikinti materialları və yüngül sənaye məhsulları istehsal olunur. 2025-ci ilin sonunadək Sumqayıt Sənaye Parkında 12,5 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatı ixracın payına düşüb.

Ümumilikdə isə, agentliyin idarə etdiyi sənaye zonalarında sahibkarlar üçün rəqabətqabiliyyətli və cəlbedici investisiya mühiti formalaşdırılıb. Rezidentlər yüksək səviyyəli infrastruktur, geniş biznes imkanları və əlverişli şəraitlə təmin olunur. Bununla yanaşı, investorların fəaliyyətinin təşviqi məqsədilə vergi və gömrük sahələrində əhəmiyyətli güzəştlər tətbiq edilir.

Mirbağır YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Oktyabr 2026 01:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri