Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sən cəsur döyüşçüm, mən əsir yurdun,

Bir Turan arzulu türküm, boz qurdum.

O taylı-bu taylı Xudafərinim,

Qoynuna tələsən Təbriz hayqırtım...

Ayrı qitələrdə həsrət yanğısı ,

Dərviş səbrindəki təklik ağrısı.

Mövlanəm, üləmam, sufim, zahidim,

Eşqə təsəvvüfüm,Tanrı çağrısı...

Bu şəhid ruhumun azad şəhəri,

Sən Laçın sabahım, Şuşa səhərim...

Köksü səcdəgahım, ocağım, pirim,

Acı taleyimin xoşbəxt zühuru...

Gəl, sənsiz vəhşətdə xaraba ruhum,

Qiyamət ömrümün İsrafil suru...

***

Mən yorğun yolların

sinəsi üstündə

həsrətini qucaqlayan

tənha bir

yer adamı,

gözlərimdəki

bayram sabahı

yalnızlığıdır

səni gözləmək.

Duyğularım

minarələrdən dağılan

səcdə çağırışına

tələsən

səs qədər həssas,

al saçlarımı,

qoynunun ən rahat bir küncündən as...

Hər gün

azan səsini

ilahi bir eşqlə  gözləmək kimidir

səni gözləmək,

cismimdə

nə hiss varsa,

sevginlə şifrələnib...

Bütün dinləri

yanıma alıb

sən gələn yollara diz çökmüşəm,

gözlərinə təzimdəyəm,

mən

Allahın yuxusuz gözündəyəm...

YAĞIŞA DUA

Sən - bir az əsəbi, bir az qayğılı,

Bu yorğun şəhərin tıxacı kimi.

Mən - payız gününün səhər yağışı,

İllərin sevincə möhtacı kimi.

Göy üzü başıma çətir tutmayır,

Nə dərdi varsa da, üstümə yağır.

Deyəsən, buludda hadisə olub,

İslanıb bu sabah yerin qucağı.

Gözünün çamuru yerə bulaşıb,

Küçələr, hönkürür ayağım altda.

Bu eşqi ruhuma çətir tutmuşam,

Ömrümü qurmuşam sən gələn vaxta.

Xəritə ucunda yorğun düşübdür,

Sən olan nöqtəyə qonur barmağım.

Bu sabah göylərə tilov atmışam,

Bir “uçaq” tutarsa, bəlkə, qarmağım...

İçində sən olan o uçağı da

Dartıb gətirərəm öz limanıma.

Bu səhər yağışa dua edirəm -

Göylərdən düşürsün səni yanıma.

O, SƏNSƏN

Qollarına avar çəkən gözlərin,

Qucağındır səcdə yeri, and yeri.

Həsrətinə yorğun düşən şəhərin

Yanağında biri var ki... o, sənsən.

Dan yerinin saçlarını saraldan,

Qayıdış yox, qürub adlı bir yoldan.

Ürəyimi götürdüyün vağzalda

Gecikdiyim bir qatar ki... o, sənsən.

Bahar qollarımda, payız saçımda,

Şehli baxışların kirpik ucunda.

Şirin görüşlərin titrək ovcunda,

Bir xatirə yeri var ki... o, sənsən.

Ulduzların gecə rəngli gözündə,

Vücudumun hər sətirlik izində,

Bir şeirin közə dönmüş sözündə

Misraları darıxar ki... o, sənsən.

Nəfəsinə qurban etdim zamanı,

Kitab-kitab sözə dönən insanım.

Bu dunyada sevgi adlı unvanım,

Hardan bilsin adamlar ki... o, sənsən.

DAŞ DÜŞSÜN BAŞINA

Kədər qatarlanıb hava xəttində,

Ruhum bir təyyarə qanadı üstə.

Yenə həsrətimi möhür vururlar,

Eh...yorğun bir pasport sənədi üstə.

İndi xatirələr çox yüksəklikdə,

Göyün səs-küyündən batır qulağı.

Xəyalım - göy donlu stüardessa,

Yalnızlıq - uzanan uçuş zolağı.

De, necə yuxuya verim göz yaşın?

Bu yalqız ömrümü necə qurtarım­?

Getmə! - deyəcəkdim,

                          dilim qurudu...

Daş düşşün başına ayrılıqların.

Aysel Xanlarqızı Səfərli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Avqust 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see257

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see225

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see223

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see216

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see205

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see205

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see198

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see187

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see183

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see180

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see167

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see166

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see165

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see163

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see158

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see157

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see157

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see155

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see153

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri