Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sonra...

Sonra unudursan hər şeyi...

Olub keçənləri,

ölüb köçənləri.

doğulub böyüdüyün o uçuq-sökük evi də...

Həyətdəki yamyaşıl ağac da

yavaş-yavaş tökür yarpaqlarını,

heç olmamış kimi

silinib gedir xəyalından...

Sonra unudursan hər şeyi...

Unudursan gecənin, gündüzün rəngini,

sən ki heç tuta bilmədin bu dünyanın ahəngini.

Əlifbandakı hərflər ölür,

rəqəmlər bircə-bircə düşür təqvimdən,

boşluqların rənginə boyanmış

o doğulduğun gün də

başqa günlər kimi sürüşür təqvimdən...

Sonra unudursan hər şeyi...

Qorxub bağırırsan güzgüdən boylanan o yad gözlərin dəhşətindən.

Qovuşa bilmir kirpiklər də

donmuş göz yaşları düşər deyə illərdir qoruduğun o heykəl

ayılar, küsər deyə.

Sonra unudursan hər şeyi...

Kimdir bacın, qardaşın?

Sirdaşın, yoldaşın?

Kimsən sən?

Axı kimdir səni dünyaya gətirən qadın?

Sonra unudursan hər şeyi...

Qırıq-qırıq nə qalıbsa yadında

Üçüncü adam kimi baxırsan ona da...

Qonşunun ağrısını hiss edə bildiyin

qədər

hiss edirsən özünü,

Sən çoxdan söndürmüsən ürəyinin

yanğısını, közünü...

Sonra unudursan hər şeyi...

unudursan

və başlayırsan yaşamağa...

***

Qanadlarını açaraq yox,

gözlərini qapayaraq uçur adamlar.

Hərəkətsiz dayananda atılır ən böyük addımlar.

ən uzun yollar da beləcə fəth edilir.

Şüşədən yox,

sevgidəndir ürəyin eynəyi.

Nə qədər çox sevsən,

o qədər çox görərsən.

Kirpiklərin qovuşmağı söküb atırmış

bütün tikanlı məftilləri,

sərhəd yox,

hüdud yox,

hər şey əlçatandır.

Bir buludun ətəyindən yapışıb

dünyanı damla-damla gəzə bilirəm.

sonra yolumu Günəşdən salıb sevgilimin yanaqlarında üzə bilirəm.

Nə zaman darıxsam,

əlimi ürəyimin üstünə qoyub

səndə oluram,

yeri gələndə mən sən də oluram, Allah!

Nə bilim, bəlkə də, günahkaram,

Bağışla...

Bağışla,

Bütün sərhədlərini aşıram, Allah!

***

Oğlum, bizim də küçələrdən

gülümsəyən adamlar keçəcək.

Sallanan qaş-qabaqlar quşların lələyinə ilişib buralardan köçəcək.

Yer günəşin ətrafında fırlanan kimi,

bir də görəcəksən hansısa baba tutub hansısa nənənin əlindən,

dolana-dolana rəqs edir.

Bu şəhərdə təbəssümlər çıxacaq taxta,

Sıxışdıracaq iki dodağı bir-birinə

yapışdıran, büzüşdürən nə varsa!

Yaşamağı öyrədən məktəblər açılacaq.

Ən yüksək maaşı şükran dərsi deyən müəllimlər alacaqlar.

Oğlum, bu şəhərdə adamlarla pişiklər dost olacaqlar,

İtlər insanların sevgisindən

məst olacaqlar.

Əl-ələ tutub gülləni atacaqlar

mərhəmətsizliyin yuvasına.

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Bu şəhərdə atalar gecə rahat yatacaqlar,

Yorğanın altında qısılıb

qollarını alınlarına, əllərini ürəklərinə qoymadan.

Alınlarını köynəyin qollarına silə-silə

şalvarların ciblərini yoxlamadan...

Qaça-qaça keçməyəcəklər adamlar ağacların yanından,

Görüb keçəcəklər,

Duyub keçəcəklər.

Sanma, ağacları yenə kəsəcəklər.

Bu şəhərdə binalar utanacaq ağacların yerində durmağa.

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Gec oldu daha, gəl yataq.

Lay-lay... Lay-lay...

Ay mənim qaraqaş, qaragöz balam,

Ay kirpikləri uzunum!

Gülay Tahirli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Avqust 2026 04:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri