Icma.az
close
up
RU
Şənbə və bayramlarda parklanma niyə pulsuz olmur?

Şənbə və bayramlarda parklanma niyə pulsuz olmur?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtımızın nəqliyyat idarəçiliyində ən mühüm problemlərdən biri parklanmadır. 

Hazırda Bakıda parklanma qaydalarına əsasən hər həftənin bazar günü ödənişli parkinq zonalarında ödəniş tələb olunmur. 

Həmçinin, hər gün saat 22:00-dan 07:00-a qədər parklanma pulsuzdur və parklanma zonalarında ilk 15 dəqiqə üçün ödəniş nəzərdə tutulmur. Düzdür, bəzən bəzi yerlərdə bazar günü də parkinqə görə sürücülərdən ödəniş tələb edilməsi ilə bağlı şikayətlər gəlir. 

Sürücülər parkinqin rəsmi olaraq ödənişsiz olduğu günlərdə belə, özlərini "parkovşik" kimi təqdim edən şəxslərlə qarşılaşdıqlarını deyirlər. Bu, əslində başqa bir problemdir. 

Əsas məsələ bayram günləri ilə bağlıdır. Çünki bəzi ölkələrdə nəinki bazar günləri, hətta iş günləri olmayan bayramlarda da parklanma pulsuzdur. Bəs bizdə bayram günlərinin ayrıca olaraq pulsuz parklanma rejiminə daxil edilməsi nəzərdə tutulurmu? Bundan başqa şənbə günü də istirahət günü sayılır və ölkədə bir çox dövlət qurumları fəaliyyət göstərmir. Bu baxımdan, pulsuz parklanma bazar günü olduğu kimi şənbə gününə niyə şamil olunmur? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qanunvericilikdə yalnız bazar günü pulsuz parklanma nəzərdə tutulub, bayram və digər istirahət günləri nəzərə alınmayıb: 

“Parkinq yalnız bazar günü pulsuzdur. Digər günlər, o cümlədən bayram və şənbə günlərində parkinqin pulsuz olması üçün qanunvericiliyə dəyişiklik edilməsi, əlavələr olunması vacibdir. Ümumrespublika üzrə şənbə günü tam istirahət günü sayılmır. 

Şənbə günü qısa iş günü olanlar da var, ümumiyyətlə, işləməyənlər də. Əsas prinsip həftəlik 40 saatlıq iş normasıdır. Amma şənbə günü fəaliyyət göstərən idarələr də var. Qanunvericilikdə istirahət günü kimi məhz bazar günü göstərildiyinə görə parkinq yalnız həmin gün pulsuz sayılır. Amma təkliflər vermək mümkündür”. Onun sözlərinə görə, hazırkı parklanma qaydaları kifayət qədər münasibdir və dəyişiklik ehtiyacı görünmür: 

“Mən düşünürəm ki, hazırkı qaydalar kifayət qədər münasibdir. Onsuz da bazar günü parkinqin pulsuz olması və hər gün saat 22:00-dan sonra ödəniş tələb olunmaması sürücülər üçün əlverişlidir. Əgər qaydalar daha da sadələşdirilsə, Bakıda, ümumiyyətlə, avtomobil saxlamaq üçün yer tapmaq çətinləşər. 

Hətta bundan sui-istifadə halları da var. Bəzi hallarda bazar günü dövlət parklanma yerində dayanıb sürücülərdən nəsə umanlar da olur. Şənbə günü də pulsuz olsa, bu hallar daha da artar. Bu zaman artıq lövbər salıb orada dayanacaqlar. Ona görə də bazar günü olması yaxşıdır, bəs edir, mən belə düşünürəm. 

Əvvəllər hökumətə təklif edilən parklanma şərtləri daha sərt idi, sonradan sadələşdirildi. Qiymətlər müəyyənləşdirildi, pulsuz zona, 30 qəpiklik zona və s. Axşam saat 22:00-dan sonra pulsuz parklanma isə xüsusilə əlverişlidir”. 

Eldəniz Cəfərov əlavə edib ki, sürücülər üçün qanunvericilikdə əlavə bir imtiyaz da nəzərdə tutulub: 

“Belə bir məqam da var ki, əgər sürücünün yaşadığı ünvanla parklanma yeri arasında 100 metr məsafə varsa, şəxs həmin ərazidə avtomobili pulsuz saxlamaq hüququ əldə edir. Əvvəllər bu hüquq həmin ünvanda faktiki yaşayanlara şamil olunurdu, daha sonra yalnız qeydiyyatda olan vətəndaşlara tətbiq edildi. 

Onlar müraciət etməklə xüsusi talon alır və bu əsasla yaxınlıqdakı parklanma yerindən pulsuz istifadə edirlər. Bu da kifayət qədər yaxşıdır. Parklanma tam pulsuz olsa, inanın ki, heç yer tapmaq olmaz. Uzun müddət avtomobil saxlayanlar çoxalar, qeyri-leqal parklanma fəaliyyəti ilə məşğul olanlar da olacaq. 

Bu, bizə lazım deyil. Təcrübə göstərir ki, mövcud qaydalar daha səmərəlidir. Əslində, qaydalar da elə sərt deyil, sadəcə parklanma qaydalarını bilmək lazımdır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Parklanma Eldəniz Cəfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri