Icma.az
close
up
RU
Sənədsiz əmlak sahibi olanların nəzərinə Ekspert açıqladı

Sənədsiz əmlak sahibi olanların nəzərinə Ekspert açıqladı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"Sənədsiz ev və torpaq sahələrinin nəyə görə hələ də alındığı əsas məsələdir. Dövlət Əmlak Reyestrindən mülkiyyət sənədi ilə təyin edilən mənzillər və torpaq sahələri sənədsizlərə nisbətən daha baha olur. Qanuna müvafiq olaraq əslində hər hansı bir obyektin alınması zamanı insanlar həmin obyekti qiymətləndirmir. Onun üzərində olan mülkiyyət hüququnu qiymətləndirir. Əgər kiminsə obyekt üzərində istifadə etmək, alqı-satqı etmək hüququ varsa, bu mülkiyyət hüququ sayılır.Və bu hüququn qiyməti var".
Bu sözləri Demokrat.az-açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc deyib: 
"Sözügedən sənədsiz evlərin hələ də gündəmdə olması ondan irəli gəlir ki, əhalinin az təminatlı sosial təbəqəsi daha ucuz, əlverişli torpaq sahəsi əldə etmək istəyir. Sənədsiz evlər də bazara ucuz qiymətə çıxarılır. Məsələn, eyni  ərazidə sənədli ev yüz min manatadırsa, sənədsiz evlər təxminən altmış min civarında olur. Sənədləşmə rəsmi olaraq böyük məbləğ tələb etməsə də, sənədləşmiş ev daha problemsizdir. Təssüf ki, bunu əhalimiz tam dərk etmir. Bu da maariflənmə səviyyəsinin aşağı olmasından irəli gəlir". 
Ekspert bildirib ki, gələcəkdə bir sıra ciddi problemlər yarana bilər:
"Həmin hüquqa iddia edən başqa şəxslər ola bilər, dövlət tərəfindən hər hansı söküntü tələbi olarsa, konpensasiya imkanları məhdudlaşar. Həmin ərazinin sahibinə kredit lazım olarsa, sənədsiz əmlakdan girov kimi istifadə hüququ olmayacaq.Baxmayaraq ki, sənədsiz əmlaklar ucuzdur, vətəndaşlar həmin əmlaklardan uzaq durmalıdırlar".
Onun sözlərinə görə, kommunikasiya xətlərindən istifadə zamanı ciddi problemlər yaranır:
"Verilmiş qərara görə sənədsiz tikililərin həmin xətlərdən istifadəsinə qadağa qoyulub. Bu ən ciddi problemdir. Vətəndaşa ev həmin kommunikasıya vasitələrindən istifadə etmək üçün lazımdır. Əgər su,qaz, istilik, kanalizasiya imkanlarından məhrumdursa, boş daş-divar vətəndaşa lazım olmayacaq. Həmin ərazi yaşayış yeri yox, sadəcə daldalanmaq yeri ola bilər. Bu baxımdan sənədsiz evlərin bazarda getdikcə ucuzlaşmasının və sıradan çıxmasının şahidi olacağıq. Prezident İlham Əliyev sosial ədalət siyasətinin aparılması istiqamətində ciddi addımlar atır. Bu yaxınlarda qeydiyyatsız yaşayış sahələrinin sahiblərinə şərait yaradıldı. Bir çox obyekt sahibləri sənədlərin alınmasını həyata keçirdi. 
2019-cu ildə hələ də təhvil- təslim aktı olmayan binaların bir çoxunun qeydiyyat məsələsində maneələr aradan götürüldü. Ondan sonra bir çox binalarda mənzillərə çıxarışların verilməsi təmin olundu. Bu tip addımların bundan sonra da atılacağı gözlənilir. Bu günə qədər tikilmiş özbaşına tikililərin  də sənədlərə malik olması ehtimalı var.
Buna baxmayaraq vətəndaş bazara müraciət edirsə, mütləq hüquqi sənədlərə fikir verməlidir. Hazırda hər şey elektron şəkildə yoxlanıla bilir. Sənədlər yoxlanmalı, müqavilə bağlanmalıdır. Əks halda  qeyd etdiyimiz problemlərlə üzləşilə bilər".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Noyabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri