Icma.az
close
up
RU
Sənədsiz ev problemi necə həll oluna bilər? Açıqlama

Sənədsiz ev problemi necə həll oluna bilər? Açıqlama

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Təqdim olunmuş sənədlər hamısı müəyyən edilmiş tələblərə cavab verirsə, aidiyyəti dövlət qurumlarına bizim tərəfimizdən elektron qaydada rəy üçün göndərilir. Aidiyyəti dövlət orqanları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya və “Xəzər” TV-yə birgə müsahibəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.

“Onlar tərəfindən müsbət rəy olursa, növbəti mərhələdə biz artıq daha yuxarı instansiyaya təqdim edirik. Qərar təsdiq olunandan sonra artıq kateqoriya dəyişmiş hesab olunur”, - deyə o əlavə edib.

Xidmət rəisinin sözlərinə görə, daxil olan müraciətləri təhlil edərkən müəyyən olunub ki, onların əksəriyyəti, 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış yaşayış massivlərində fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələri ilə bağlıdır.

“Az öncə də qeyd etdiyim kimi, həmin torpaqlar yaşayış təyinatlı deyillər. 90-cı illərdə iqtisadiyyatın keçid dövründə, eyni zamanda torpaqların işğalı nəticəsində böyük sayda insanların öz yaşayış yerlərini tərk etməsi və digər ərazilərdə məskunlaşması ehtiyacı olduğuna görə kənd təsərrüfatı təyinatlı yaxud digər kateqoriyalarda olan torpaqlarda elə yaşayış massivləri xeyli sayda yaranmışdı. O massivlərdə bir-iki ev yox, yüzlərlə, minlərlə fərdi yaşayış evləri var. O torpaqların bir-bir kateqoriyasının dəyişməsinin heç bir səmərəliliyi yoxdur. Çünki biz bir növ massivin tərkibində ayrıca elementləri dəyişmiş oluruq. Bu da məsələni həll etmir. Ona görə 201 nömrəli Fərmanda həmin yaşayış massivləri ilə bağlı hüquqi əsas formalaşmışdı ki, onlara massiv yanaşması ilə baxılsın. Bu o deməkdir ki, həmin yaşayış massivləri şəhərsalma sahəsində normativ sənədlərə, ərazi planlaşdırma sənədlərinə əsasən uyğun tikilibsə, orada mühəndis kommunikasiya xətləri mövcuddursa, yol-nəqliyyat infrastrukturu varsa və orada bundan sonra həmin yaşayış massivinin inkişafı üçün imkanlar mövcuddursa, müvafiq dövlət qurumlarının verdiyi müsbət rəylər əsasında, aparılan invertarlaşdırma və s. işləri nəticəsində dövlət orqanları tərəfindən müsbət qərar olsa, onların yaşayış massivi formasında birdəfəlik dəyişməsi aparılacaq və fərdi müraciətlərə ehtiyac yaranmayacaq. Yəni kütləvi dəyişdirmə baş verdiyi təqdirdə o massivdə mövcud olan bütün fərdi yaşayış evlərinin kateqoriyası dəyişəcək və onların mülkiyyət hüquqlarının əldə olunması xeyli asanlaşacaq. Bir sözlə, həmin o sənədsiz evlərin probleminin həlli yollarından biri kateqoriyanın dəyişməsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Avqust 2026 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri