Icma.az
close
up
RU
Sənədsiz ev problemi: Vətəndaşın xeyrinə həll edilməlidir

Sənədsiz ev problemi: Vətəndaşın xeyrinə həll edilməlidir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Tarixi sahiblik və faktiki hüquq inzibati qaydalarla məhdudlaşdırıla bilməz Bilmədiklərimiz... 

İnsan cəmiyyətinin formalaşması ilə birlikdə torpaq üzərində mülkiyyət münasibətləri də yaranıb. Dövlətlərdən, qanunlardan və müasir qeydiyyat sistemlərindən çox əvvəl insanlar yaşadıqları ərazilərə sahib olub, həmin torpaqlarda evlər tikib, təsərrüfat qurub, nəsillər yetişdirib və öz yaşayış məkanlarını formalaşdırıblar. 

Tarix sübut edir ki, torpaq üzərində hüquq yalnız kağız sənədlərlə deyil, həm də əsrlərlə davam edən faktiki sahiblik və istifadə ilə yaranıb. Azərbaycan xalqı min illərdir öz tarixi torpaqlarında yaşayır. 

Bu xalq heç bir dövlətin ona mülkiyyət haqqında şəhadətnamə verməsini gözləmədən dövlətlər qurub, imperiyalar yaradıb, şəhərlər salıb, kəndlər inşa edib və öz torpaqlarında yaşayıb. Tarixi Azərbaycan torpaqlarında yaranmış dövlətlər, xanlıqlar və inzibati idarəetmə sistemləri müasir qeydiyyat institutlarından çox əvvəl mövcud olub. 

Bu gün Azərbaycanın müxtəlif bölgələrində, kəndlərində, sərhəd yaşayış məntəqələrində elə evlər və torpaq sahələri var ki, həmin ərazilərdə eyni ailələr yüzilliklər boyu yaşayırlar. Bir çox hallarda həmin yaşayış yerlərinin müasir dövrdə dövlət qeydiyyatı aparılmayıb, yaxud müxtəlif tarixi səbəblərdən hüquqi sənədləşdirmə tamamlanmayıb. 

Lakin bu fakt həmin insanların öz doğma yurdlarına, ev və torpaqlarına olan hüququnu şübhə altına ala bilməz. Beynəlxalq hüquqda və mülki hüquq nəzəriyyəsində uzunmüddətli sahiblik (tarixi sahiblik - Historical Possession), faktiki istifadə (faktiki sahiblik - Actual Possession) və tarixi yaşayış hüququ əldə etmə müddəti ilə mülkiyyət hüququ (Acquisitive Prescription) mühüm hüquqi institutlar hesab olunur. 

Bir sıra ölkələrin qanunvericiliyində uzun illər ərzində fasiləsiz, açıq və vicdanlı istifadə edilən əmlak üzərində hüquqların tanınması prinsipi mövcuddur. Roma hüququ müasir mülki hüququn əsas mənbələrindən hesab edilir. Burada "Usucapio" adlanan prinsip mövcud idi. 

Bu prinsipə görə şəxs müəyyən əmlakdan uzun müddət vicdanla və fasiləsiz istifadə edirdisə, həmin əmlak üzərində hüquq əldə edə bilirdi. Qədim Mesopotamiyada da dünyanın ən qədim yazılı qanunları yaranıb. Xüsusilə "Hammurapi Qanunları" torpaq, mülkiyyət, miras və təsərrüfat münasibətlərini tənzimləyirdi. 

Beynəlxalq hüququn qəbul etdiyi əsas prinsiplərdən biri də yerli əhalinin və tarixi icmaların torpaq üzərində formalaşmış hüquqlarının qorunmasıdır. Birləşmiş Millətlər Təşkilatının yerli xalqların hüquqları ilə bağlı qəbul etdiyi prinsiplərdə insanların tarixən yaşadıqları ərazilərlə əlaqələrinin xüsusi hüquqi əhəmiyyət daşıdığı vurğulanır. 

İnsanların nəsillər boyu yaşadıqları torpaqlardan yalnız sənəd çatışmazlığı səbəbindən məhrum edilməsi hüquqi dövlət prinsipləri ilə uzlaşmır. Azərbaycan Respublikası Konstitusiyası da mülkiyyət hüququnu fundamental insan hüquqlarından biri kimi tanıyır. 

Konstitusiyanın əsas mahiyyəti vətəndaşın hüquqlarının qorunmasına xidmət etməkdir. Əgər bir ailə, nəsil, icma müəyyən ərazidə yaşayırsa, həmin torpaqda ev tikib, təsərrüfat yaradıb, vergilər ödəyib, dövlətin bütün yükünü daşıyıbsa, onun hüququ yalnız bir sənədin olmaması ilə inkar edilə bilməz. 

Təəssüf ki, bəzi hallarda sənədləşmə problemləri səbəbindən vətəndaşlar kommunal xidmətlərdən istifadə zamanı çətinliklərlə üzləşirlər. Qaz, su, elektrik və digər kommunal xidmətlərin göstərilməsi zamanı mülkiyyət sənədlərinin tələb edilməsi müəyyən hüquqi əsaslara söykənsə də, tarixi yaşayış faktı nəzərə alınmadan vətəndaşların əsas sosial hüquqlarının məhdudlaşdırılması sosial ədalət prinsipinə uyğun hesab edilə bilməz. 

Xüsusilə bölgələrdə yaşayan insanlar dövlət tərəfindən dəstəklənməli, onların yaşayış yerlərinin hüquqi statusunun müəyyənləşdirilməsi sadələşdirilməli və sürətləndirilməlidir. Çünki həmin insanlar torpağı zəbt etməyiblər, onlar həmin torpaqlarda doğulub, böyüyüb və öz əcdadlarından miras qalan yaşayış məkanlarında həyatlarını davam etdirirlər. 

Azərbaycanın tarixi və milli maraqları baxımından da bu məsələyə həssas yanaşmaq vacibdir. Azərbaycan dövləti beynəlxalq müstəvidə Qarabağ və digər tarixi torpaqlarımız üzərində hüquqlarını müdafiə edərkən əsas arqumentlərdən biri həmin ərazilərdə xalqımızın əsrlər boyu yaşaması faktıdır. 

Deməli, tarixi yaşayış faktı təkcə beynəlxalq münasibətlərdə deyil, ölkə daxilində də hüquqi və mənəvi dəyərə malik olmalıdır. Əsrlər boyu eyni torpaqda yaşayan ailələrin hüquqları yalnız arxiv sənədləri ilə deyil, tarixi yaddaş, faktiki sahiblik, qonşuların şahidliyi, xəritələr, təsərrüfat fəaliyyəti və yaşayış faktları ilə birlikdə qiymətləndirilməlidir. 

Hüququn məqsədi insanı sənəd naminə cəzalandırmaq deyil, ədaləti təmin etməkdir. Bu baxımdan, dövlət qurumlarının qarşısında duran əsas vəzifə sənədsiz evlər problemini vətəndaşın əleyhinə deyil, onun xeyrinə həll etmək, uzunmüddətli yaşayış faktını hüquqi əsas kimi qəbul etmək və insanların öz doğma ocaqları üzərində hüquqlarını tam şəkildə tanımaqdır. 

Torpağın həqiqi sahibi bəzən əlində sənəd tutan deyil, həmin torpaqda nəsillər yetişdirən, onu qoruyan, abadlaşdıran və əsrlər boyu yaşadan insan olur. Tarix də, hüquq da, ədalət də bu həqiqəti qəbul edir. 

Vüqar Dadaşov, hüquqşünas, Milli Cəbhə Partiyasının funksioneri

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri