Icma.az
close
up
RU
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmana dəyişiklik edilib.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamda və dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ilə hüquq əldə edən arasında notariat qaydasında təsdiq edilmiş müqavilələrdək göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edəcək.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriləcək.

Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlərin tərkibi də dəyişir.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna müəyyən dəyişiklilər edilib:

“Dəyişikliklərə əsasən sovetlər vaxtı vətəndaşlara verilmiş torpaq sahələri üzrə mülkiyyət hüququ tanınacaq. Məlum olduğu kimi sovetlər dövründə Xalq Deputatları Soveti tərəfindən müəyyən qrup insanlara müvəqqəti istifadə üçün torpaq sahələri ayrılırdı. Sonrakı dönəmdə ictimai-siyasi formasiyanın dəyişməsi səbəbilə həmin torpaqların taleyi açıq qaldı. Halbuki ötən 35-40 ildə həmin torpaq sahələrində müəyyən tikinti işləri aparılıb. Lakin istifadəçilər müəyyən səbəblərə görə həmin torpaq sahələrinə Dövlət Reyestrindən çıxarış ala bilməyiblər. Yeni düzəliş məhz bu problemi aradan qaldıracaq. Təqdir ediləsi haldır ki, Fərmana əsasən 2001-ci ilə qədər vətəndaşların istifadəsində olan və ilkin sənədləri olan torpaqlara da müvafiq qaydada çıxarışlar veriləcək. 

Müsahibimiz əlavə edib ki, təkcə Abşeron yarımadasında 500 mindən artıq sənədsiz ev var:
 

“Onların bir qismi bələdiyyələrdən müəyyən sənəd alsalar da, digər qismin heç bir sənədi yoxdur. Yeni dəyişikliklər həmin torpaq sahələrinə şamil edilmir.Yalnız sovetlər vaxtından istifadədə olan torpaq sahələrinə Dövlət Reyestrindən çıxarış veriləcək”.

Bəs, proses nə zaman başlayacaq?

Bu sualla Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, artıq fərmanın icrasına başlanılıb:

"Fərmanda göstərilən sənədləri olan vətəndaşlar ölkə üzrə ASAN Xidmətin yerli şöbələrinə eləcə də, daşınmaz əmlakın Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri