Icma.az
close
up
RU
Sənədsiz evə görə cərimə nə qədərdir?

Sənədsiz evə görə cərimə nə qədərdir?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər ölkədə qanunsuz tikililərlə mübarizə tədbirləri gücləndirilib. Lakin müşahidələr özbaşına aparılan tikinti proseslərinin davam etdiyini göstərir. Bu isə “sənədsiz evlər” adlandırılan, əslində isə qeyri-qanuni tikililərin sayının artmasına gətirib çıxarır. Halbuki, son illər belə tikililərə qarşı qanunvericiliyə müəyyən dəyişikliklər edilib.

Maraqlıdır, bəs, ümumiyyətlə, qanunvericilikdə özbaşına tikililərlə bağlı hansı məsuliyyət tədbirləri nəzərdə tutulub?

Əvvəlcə ondan başlayaq ki, qanunvericiliyə görə, nəinki özbaşına tikinti aparmaq, həmçinin torpaq sahəsindən təyinatına uyğun olmadan istifadə etmək də məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə görə, torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir. Torpaq kənd təsərrüfatı təyinatlı olduqda isə cərimə məbləği daha çox olur. Fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə olunur.

Bundan başqa, Cinayət Məcəlləsinin 188.2-ci maddəsində şəxsin mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmasına görə məsuliyyət müəyyən edilib. Belə ki, şəxs qeyd olunan əməllərin törədilməsinə görə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə törədildikdə isə şəxsi daha ağır cəza gözləyir. Belə ki, bu halda şəxs 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsində, eyni zamanda, icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutulub. Buraya magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonaları aiddir. Qanunla bu ərazilərdə tikinti və ya quraşdırma işlərinin aparılmasına görə şəxs 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Tikilinin özünə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinə görə, tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər 800 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. İcazəsiz inşa edilən tikinti obyektlərinə mülkiyyət hüququ məhkəmə qaydasında verildiyi hallarda şəxs inzibati məsuliyyət daşımır.

Tikintisinə icazə tələb olunmayan - mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin qanunvericiliyin tələblərinə əməl edilmədən tikilməsinə görə isə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 15 000 manatdan 25 000 manatadək məbləğdə cərimə olunur. Bu cərimələr 30 may 2023-cü ildən sonra tikintisinə başlanılmış tikililərə şamil olunur.

Tikintisi qeyd edilən əməllərin törədilməsi aparılan tikili üçün çıxarışın - sənədin alınması üçün də əngəl törədir. Qanunvericiliyə əsasən isə daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız çıxarış ilə təsdiq olunur. Çıxarışı olmayan yaşayış sahəsi heç kəsin mülkiyyəti deyil və belə tikili hüquqi baxımdan rəsmi şəkildə satıla bilməz.

Ceyhun Həmid 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri