Icma.az
close
up
RU
Sənədsiz evlər problemi həll olunur Yeni fərman nə qədər insanı əhatə edəcək?

Sənədsiz evlər problemi həll olunur Yeni fərman nə qədər insanı əhatə edəcək?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi uzun illərdir aktual problemlərdən biri olaraq qalır. Bir çox ailələr əmlakları üzərində tam hüquqa malik deyillər. Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır. Tez-tez müzakirəyə çıxarılan bu məsələ ilə bağlı ötən həftə açıqlanan məlumatlar sənədsiz ev problemi ilə üz-üzə qalan bir çox vətəndaşı həyəcanlandırıb. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq: "Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır".

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Amnistiya hansı evlərə şamil olunacaq?

Mətbuatda tez-tez təkcə paytaxt ərazisində 500 mindən çox sənədsiz evin olduğu yazılır. Mütəxəssislər, dövlət rəsmiləri bu statistikanı təsdiqləyirlər. Maraqlıdır, əgər bu statistika düzgündürsə, amnistiya hansı evlərə şamil ediləcək?

Nigar Alimova bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri hüquqi qeydiyyata alınacaq. Həmçinin texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir. Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər.

"Bu, amnistiya deyil"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu, amnistiya deyil: "Əgər bu, sənədsiz tikililərin bütövlükdə sənədləşdirilməsi problemini həll etsəydi, o zaman amnistiya adlandırmaq olardı. Əslində bu, cənab Prezidentin 2015-ci ildə imzaladığı 439 saylı Fərmanın icrası istiqamətində qəbul edilmiş əlavə və dəyişikliklərdən biridir. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qəbul olunana qədər - yəni 2004-cü ildən əvvəl qüvvədə olan sənədlərin hüquqi qüvvəsi tanınır. Həmin dövrdə fəaliyyət göstərən inventar bürolar (2001-ci ildə bağlanmışdı) və keçmiş icraiyyə komitələri, xalq deputatları sovetləri kimi qurumlar tərəfindən verilmiş torpaqayırma sənədləri, qərarlar artıq ilkin hüquq müəyyənedici sənəd kimi tanınacaq".

"Qeyd olunan 500 min rəqəmi də real deyil"

Əmlak eksperti "100 min evə sənəd veriləcək" fikri ilə də razı deyil: "Dəqiq statistika yoxdur. Bu gün səsləndirilən rəqəmlər sadəcə təxminlərdir. Hətta bəzən qeyd olunan 500 min rəqəmi də real deyil. 2008-2009-cu illərdə deyilmişdi ki, ölkədə 400 minə qədər sənədsiz tikili var. O vaxtdan bəri vəziyyət dəyişib. Təkcə Bakı və Abşeron ərazisində hər il 20-30 min arası yeni qeyri-qanuni tikili meydana çıxır".

"Vətəndaşın gözləntisi başqadır"

Həmsöhbətimiz sonda vurğulayıb ki, əgər hər hansı qərar nəticəsində ölkədə təkcə 100 min deyil, hətta 10 nəfər vətəndaşın əmlakının qeydiyyatı təmin olunursa, bu, təqdirəlayiq haldır: "Lakin cəmiyyət uzun müddətdir ki, genişmiqyaslı əmlak amnistiyasını gözləyir. Aidiyyəti qurum ötən il bu məsələ ilə bağlı açıqlama vermişdi və vətəndaşlar da həmin istiqamətdə konkret addımlar atılmasını ümidlə gözləyirlər".

Hansı torpaqlara çıxarış verilməyəcək?

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, 2004-cü ilə qədər verilmiş torpaq sahələri var ki, onları verən müəssisələr artıq fəaliyyət göstərmirlər. Belə torpaqlara sadələşdirilmiş qeydiyyat prosesi tətbiq olunacaq və tələb olunan sənədlər toplusu azaldılacaq: "Vaxtilə kolxoz və sovxozlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələri fərdi yaşayış üçün ayrılıb və üzərində böyük yaşayış massivləri formalaşıb. Bu kənd təsərrüfatı təyinatlı torpaqların da təyinatı dəyişdiriləcək. Burada kənd və rayonlarda yerləşən torpaq sahələri də nəzərdə tutulur. Gələcəkdə isə digər torpaq sahələrinin də bu prosesə daxil ediləcəyi gözlənilir".

Bəzi torpaqlara isə heç bir halda çıxarış verilməyəcək: "Söhbət qadağan olunmuş ərazilərdə tikilən evlərdən gedir. Məsələn, üzərindən yüksəkgərginlikli elektrik naqilləri, kommunikasiya xətləri keçən, neft zonalarına düşən ərazilərə çıxarış verilmir".

"Qanunsuz tikililərin sökülmə prosesi intensivləşəcək"

Artıq qadağan olunan ərazilərdə tikilən evlərin söküntüsü də başlayıb. Həmsöhbətimiz bildirir ki, bu sökülmə prosesi bir az da intensivləşəcək: "Bakı şəhərinin 2023-cü ilin dekabrında təsdiqlənmiş Baş planı var və 2040-cı ilə qədər şəhər həmin plana uyğun inkişaf edəcək. 2030-cu ilə qədər söküntülərin hamısı tam şəkildə başa çatmalıdır".

Vətəndaşlar hara müraciət etməlidirlər?

Vətəndaşın sənəd almaq üçün hara müraciət etməsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, ilk növbədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsinə edilən son dəyişiklikləri əhatə edən sənədlərin siyahısı ilə tanış olmaq lazımdır. Əgər bu siyahıda qeyd olunan sənədlərdən biri və ya bir neçəsi vətəndaşın əlində varsa, yaşadığı ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see285

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see251

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see231

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see229

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see225

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see215

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see210

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see196

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see195

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see195

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see194

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see193

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see191

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see191

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see184

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see181

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see181

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see178

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see175

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri