Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? AÇIQLAMA

Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? AÇIQLAMA

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Azərbaycanda hazırda 500 mindən artıq sənədsiz evin olduğu məlumdur. 2014-cü ildən bəri bir neçə dəfə bu evlərin əfv olunması və çıxarışla təmin edilməsi məsələsi gündəmə gəlib. Hansıki söhbət qadağan olunmamış ərazilərdə tikilmiş sənədsiz evlərdən gedir".

Bunu əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Banco.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, bu proses uzandıqca həm vətəndaşlar, həm də dövlət müəyyən zərərlərlə qarşılaşır: "Məsələn, sənədi olmayan evlər 2023-cü ilin 1 oktyabr tarixindən sonra müvafiq qərara əsasən su, qaz və işıq kimi kommunikasiya xətlərinə qoşula bilmir. Həmçinin həmin ünvana qeydiyyata düşmək mümkün olmur. Bu isə insanlar üçün ciddi problemlər yaradır. Belə ki, vətəndaşlar tibbi sığorta da daxil olmaqla bəzi dövlət xidmətlərindən və güzəştlərdən tam şəkildə istifadə edə bilmirlər.

Digər tərəfdən, sənədsiz evlərin hüquqi sənədinin olmaması dövlət büdcəsinə də mənfi təsir göstərir. Belə ki, hər il milyonlarla manat vəsaitin büdcəyə daxil olmamasına və vergidən yayınmaya səbəb olur.

Bildiyiniz kimi, alqı-satqı və kirayə zamanı müəyyən vergilər nəzərdə tutulub. Mənzil satılarkən, əgər vətəndaş həmin ünvanda 3 ildən az qeydiyyatda olubsa, yerləşdiyi əraziyə və kvadratmetrə uyğun vergi ödəyir. Bundan əlavə, çıxarışı olan evlər üçün həm torpaq vergisi, həm də yaşayış sahəsinə görə vergi ödənilir. Kirayə verilən yaşayış sahələri üzrə isə vətəndaşlar 10% vergi ödəyirlər.

Lakin sənədsiz evlərin bir çoxu kirayə verilsə də, çıxarışı olmadığı üçün tərəflər arasında rəsmi müqavilə bağlanmır və nəticədə bu sahədən dövlət büdcəsinə vergi daxil olmur".

A. Nəsirovun sözlərinə görə, digər tərəfdən, sənədi olan evlərin alqı-satqısı notarial qaydada həyata keçirilir: "Bu zaman notariat xidmət haqqı, müxtəlif arayış və qeydiyyat ödənişləri, eləcə də bank əməliyyatları üzrə xidmət haqları ödənilir ki, bunlar da dövlət büdcəsinə daxil olur.

Yəni ümumilikdə baxdıqda, sənədsiz evlərin qeyri-rəsmi şəkildə alqı-satqısı və kirayəyə verilməsi nəticəsində hər il dövlət büdcəsinə daxil ola biləcək milyonlarla manat vəsait kənarda qalır. Çox yaxşı olardı ki, bu cür evlərə çıxarış verilməsi məsələsinə baxılsın. Bir neçə dəfə bu qərar verilsə də, icrasında bir irəliləyiş yoxdur. Bu il ola bilsin ki, bununla bağlı yeniliklər olsun - əfv baş tutsun, nə vaxt olacağını isə dəqiq demək olmur".

"Təbii ki, söhbət bütün evlərdən getmir. Məsələn, yüksək gərginlikli elektrik xətlərinin altında, dəmir yolu kənarında və digər qadağan olunmuş ərazilərdə tikilmiş evlərə çıxarış verilməməsi anlaşılandır. Lakin digər ərazilərdə yerləşən və təhlükə yaratmayan evlərin müvafiq qaydada əfv edilərək sənədləşdirilməsi həm vətəndaşların problemlərinin həllinə, həm də dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb ola bilər", - deyə ekspert əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 May 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri