Icma.az
close
up
RU
Sənədsiz evlərlə bağlı qanun dəyişdirilir? Vacib açıqlama

Sənədsiz evlərlə bağlı qanun dəyişdirilir? Vacib açıqlama

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisdəki çıxışında deputat Siyavuş Novruzov yerli özünüidarəetmə orqanlarının maliyyə problemlərinə toxunaraq, ölkədə sənədsiz olan 300 mindən 500 minə qədər yaşayış sahəsindən əmlak vergisinin yığılmasının mümkün olmadığını diqqətə çatdırıb. O vurğulayıb ki, mövcud vəziyyətdən çıxış yolu kimi hüquqi bazada mərhələli şəkildə islahatlar aparılmalıdır.

"Yeni Sabah" xəbər verir ki, millət vəkilinin fikrincə, daşınmaz əmlakı rəsmi qeydiyyatda olmayan vətəndaşlar illik vergi öhdəliklərini yerinə yetirmədikləri üçün bələdiyyə büdcələri böyük məbləğdə vəsaitdən məhrum olur:

“Qanunsuz tikililərin rəsmi qeydiyyatı yoxdur. Normalda bu mənzillərin sahibləri hər il bələdiyyəyə əmlak vergisi ödəməlidirlər, lakin bu baş vermir. Yaranmış mənzərə nəticəsində bələdiyyələr yarım milyona yaxın evdən gəlir əldə edə bilmir”, — deyə parlamentari qeyd edib. pizza

Bu düyünü açmaq üçün Siyavuş Novruzov Vergi Məcəlləsi başda olmaqla, aidiyyəti normativ-hüquqi sənədlərə yenidən baxılmasını təklif edib.

Deputat, eyni zamanda, fərdi şəxslərlə kommersiya qurumlarının bələdiyyəyə eyni dərəcə ilə vergi verməsini ədalətsiz yanaşma adlandırıb. O xatırladıb ki, kommunal xidmətlərdə (qaz, su, işıq) özəl şirkətlər üçün daha fərqli qiymətlər tətbiq edildiyi halda, bələdiyyə ödənişlərində bu cür diferensiasiya nəzərə alınmayıb. Bu isə yerli qurumların büdcə imkanlarını məhdudlaşdıran əsas amillərdəndir.

Çıxışının sonunda S.Novruzov bələdiyyə sisteminin fəaliyyətə başlamasından 27 il keçməsinə baxmayaraq, mülkiyyət xəritələrinin hələ də tam formada təhvil verilməməsini tənqid edib:

“Biz bu narahatlığı Nazirlər Kabineti səviyyəsində dəfələrlə dilə gətirmişik. Təəssüf ki, ötən 27 ildə bələdiyyələr öz ərazilərinin dəqiq xəritələrini tam əldə edə bilməyiblər”.

Səlahiyyətli xəritələrin verilməsinin bələdiyyə hüdudlarına düşən filiz-mədən və sənaye obyektlərinin təyini baxımından kritik rol oynadığını bildirən deputat əlavə edib ki, bu addımların atılması yerli özünüidarə orqanlarının büdcəsini zənginləşdirəcək, nəticədə isə regionlarda abadlıq və quruculuq işlərinə daha çox vəsait yönəldiləcək.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri