Seneqal nümayəndə heyəti DOST Mərkəzində olub FOTO
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Seneqalın Dövlət Qulluğu, Əmək və İctimai Xidmətlərin İslahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda 1 saylı DOST Mərkəzində olub.
“AzPolitika” qurumun yaydığı məlumata istinadla xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə DOST konsepsiyasının üstünlükləri barədə məlumat verilib.Görüş zamanı DOST xidmətlərinin təşkili və Azərbaycan tərəfindən sosial sahədə tətbiq olunan rəqəmsal həllər barədə qonaqlara təqdimatlar keçirilib. Nümayəndə heyəti DOST Mərkəzinin fəaliyyəti və göstərilən xidmətlərlə tanış olub.

Bundan əlavə, keçirilən ikitərəfli görüşdə iki nazirlik arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Görüş zamanı Azərbaycanın sosial xidmətlər sahəsində əldə etdiyi rəqəmsal nailiyyətlər, DOST modelinin tətbiqi və bu modelin sosial xidmətlərin daha səmərəli və əlçatan şəkildə göstərilməsində rolu barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, DOST konsepsiyası sosial xidmətlərin “bir pəncərə” prinsipi əsasında vahid mərkəzlərdə göstərilməsini nəzərdə tutur.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 03 Sentyabr 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















