Seneqal sahillərində miqrant qayığı batıb, 50 dən çox insan itkin düşüb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Seneqal sahillərində Avropaya getmək istəyən miqrantları daşıyan qayığın batması nəticəsində 50-dən çox insan itkin düşüb.
Bu barədə Seneqalın “SeneNews” portalı məlumat yayıb.
Məlumata görə, Saint-Louis şəhərindən Avropaya doğru hərəkət edən miqrant qayığı Seneqalın Yenne kommunasında, Todd çimərliyi yaxınlığında aşıb.
Hadisə nəticəsində 50-dən çox sərnişin itkin düşüb. İlkin məlumata əsasən, yalnız bir nəfər sağ xilas edilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hadisə ilə bağlı itkin düşənlərin dəqiq sayı və qəzanın bütün təfərrüatları hələ müəyyənləşdirilməyib.
Bu mövzuda digər xəbərlər:Liviya sahillərində miqrant qayığı batıb, 38 nəfər ölüb
29 Aprel 2026 18:38
Tunis sahillərində miqrant qayığı batıb, azı 40 nəfər ölüb
23 Oktyabr 2025 13:27
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
08 Noyabr 2026 15:32
Nigeriyada qayıq batıb: 25 nəfər ölüb 50 dən çox insan isə itkin düşüb
28 İyul 2025 00:57
Baxış sayı:63
Bu xəbər 18 Noyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















