“Qalatasaray” azarkeşlərə kompensasiya ödəyə bilər
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Qalatasaray”ın “Samsunspor”la matçını başqa stadionda keçirmək qərarı azarkeşlər üçün müəyyən çətinlik yaradıb.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi azarkeşlərin narazılığını aradan qaldırmaq üçün bir neçə variantı nəzərdən keçirir. Ən real ehtimal abunə sahiblərinə kompensasiya ödənilməsidir. Digər variant isə satışa çıxarılacaq biletlərin onlara prioritet qaydada təqdim edilməsidir. Yekun qərarın yaxın günlərdə açıqlanması gözlənilir.
Qeyd edək ki, “Qalatasaray”ın stadion dəyişikliyinə əsas səbəb noyabrın 24-də “Aston Villa” ilə keçiriləcək matça qədər “RAMS Park”ın ot örtüyünü hazır vəziyyətə gətirməkdir. Klub prezidenti Dursun Özbek də işlərin həmin görüşə qədər tamamlanacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 18 Noyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















