Icma.az
close
up
RU
Sumqayıtda payız qış mövsümü ilə bağlı müşavirə keçirildi Fotolar

Sumqayıtda payız qış mövsümü ilə bağlı müşavirə keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə 2026-2027-ci illərin payız-qış mövsümü ilə əlaqədar görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə payız-qış mövsümü ilə bağlı şəhər təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlər, mövcud vəziyyət, kommunal xidmətlərin təşkili və qarşıdakı dövrdə görülməsi zəruri olan işlər ətraflı müzakirə edilib.

Müşavirədə çıxış edən Zakir Fərəcov qeyd edib ki, mövsüm ərzində əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təminatının həyata keçirilməsi, kommunal xidmətlərin dayanıqlılığının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi əsas prioritetlərdəndir. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülməli, mövcud imkanlardan səmərəli istifadə edilməli, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması təmin olunmalıdır.

Bildirilib ki, son illərdə Sumqayıtda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, infrastruktur layihələri və kommunal təsərrüfatın müasirləşdirilməsi istiqamətində görülən tədbirlər şəhərin ümumi infrastruktur imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Yenilənən mühəndis-kommunikasiya xətləri, enerji və su təchizatı sistemlərində aparılan təkmilləşdirmələr şəhər təsərrüfatının dayanıqlı fəaliyyətinə, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılmasına mühüm töhfə verib.

Müşavirədə payız-qış mövsümü ilə əlaqədar yaşayış binalarında, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərdə istilik sistemlərinin vəziyyətinin daim nəzarətdə saxlanılmasının, mövcud nasazlıqların vaxtında aradan qaldırılmasının və texniki xidmət tədbirlərinin keyfiyyətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, “Azəriqaz”, “Azərişıq”, su təchizatı və digər kommunal xidmət sahələri üzrə aidiyyəti qurumların qarşısında duran vəzifələr diqqətə çatdırılıb, təmir-bərpa işlərinin operativ və keyfiyyətlə yerinə yetirilməsinin zəruriliyi qeyd olunub.

Müzakirələr zamanı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri təmsil etdikləri sahələr üzrə görülmüş işlər, mövcud vəziyyət, qarşıya çıxan məsələlər və onların həlli istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Mövsüm ərzində kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsi, infrastrukturun normal fəaliyyətinin qorunması və mümkün fövqəladə hallara operativ müdaxilə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda Zakir Fərəcov aidiyyəti qurumların rəhbərlərinə şəhər təsərrüfatının bütün sahələrində işlərin əlaqələndirilmiş şəkildə təşkil edilməsi, kommunal xidmətlərin fasiləsizliyinin təmin olunması, aşkar edilən çatışmazlıqların vaxtında aradan qaldırılması və vətəndaş müraciətlərinə operativ münasibət göstərilməsi ilə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

Qeyd olunub ki, payız-qış mövsümü ərzində şəhər təsərrüfatının fəaliyyətinə nəzarət gücləndiriləcək, aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti təmin ediləcək, əhalinin rahat və təhlükəsiz yaşayışının təmin olunması, eləcə də kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdiriləcək.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Noyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri