Arda Güler “Real Madrid”lə yeni müqavilədən danışdı
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Real Madrid”lə müqaviləsini 2032-ci ilədək uzadan Arda Güler klubun tarixinə düşmək arzusunda olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
“İlk dəfə “Real Madrid”in formasını geyinəndə böyük bir tarixin parçasına çevrildiyimi bilirdim. Bu gün də eyni qürur və xoşbəxtliyi hiss edirəm, lakin üzərimdə daha böyük məsuliyyət var.
Dünyanın ən böyük klubunda futbol tarixində iz qoymuş əfsanələrin yolu ilə getmək mənim üçün böyük şərəfdir. Arzum uzun illər bu formanı geyinmək, komanda ilə yeni titullar qazanmaq və bir gün öz adımı bu bənzərsiz tarixə yazdırmaqdır”, - deyə Güler yazıb.
Futbolçu ona dəstək olan hər kəsə təşəkkür edib:
“İlk gündən yanımda olan hər kəsə, xüsusilə prezidentimiz Florentino Peresə, ailəmə, komanda yoldaşlarıma, birlikdə çalışdığım bütün əməkdaşlara və məşqçilərə minnətdaram. Ən xüsusi təşəkkürüm isə dünyanın hər yerində bizə sonsuz dəstək göstərən madridistlərədir. Ümid edirəm ki, birlikdə daha çox gözəl günlər yaşayacağıq. Bu klubun bir parçası olmağa davam etdiyim üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayından “Real Madrid”də çıxış edir. O, Madrid təmsilçisinin heyətində 126 matç keçirib və beş titul qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Noyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















