Sənət adamının paxıllıq etməsi ucuzluqdur
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməkdar artist Mətanət İsgəndərli sənət adamlarının mənəvi dünyasından danışıb.
Axşam.az xəbər verir ki, müğənni bu barədə “Gün ortası” verilişində fikirlərini bölüşüb.
“Sənət adamı mənə görə başqa dünyanın insanı olmalıdır. Romantik olmalıdır, ruhu tamam fərqli olmalıdır. Çoxbilmişlik, paxıllıq ona yad olmalıdır. Öz mənəviyyatı, öz dünyası olmalıdır. Uşaq kimi saf olmalıdır, pislik bilməməlidir.
Mənim aləmimdə istedadlı sənət adamına paxıllıq hissi yad olmalıdır. Paxıllar bu sənətin insanı deyil. Mən onlara belə baxıram. Paxıllıq çox ucuz hissdir. Təmiz ruhdan gəlməyən heç nə insanın qəlbinə yol tapa bilməz.
Yaxşı rəqabət isə odur ki, gözəl bir musiqi eşidəndə ondan ilham alasan. Bu sənə həvəs versin. Amma yaxşı olduğunu bilə-bilə ona pis demək düzgün deyil” deyə, M.İsgəndərli bildirib.
Baxış sayı:171
Bu xəbər 11 İyun 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















