Icma.az
close
up
RU
“Sənət inciləri” adlı silsilə mühazirə konsertlər başa çatıb

“Sənət inciləri” adlı silsilə mühazirə konsertlər başa çatıb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 sentyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Sənət inciləri” layihəsi başa çatıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan layihə üzrə silsilə mühazirə-konsertlərin sonuncusu sentyabrın 24-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunub.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov tədbir iştirakçılarına layihə haqqında məlumat verib. Bildirib ki, layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, müsəlman Şərqində ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin zəngin irsini daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, Üzeyir bəy çoxcəhətli yaradıcılığı, yorulmaz pedaqoji fəaliyyəti və maarifçi görüşləri ilə xalqımızın mədəni və milli şüurunun inkişafında müstəsna rol oynayıb.

Sonra tədbir MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, MEMİM-in şöbə müdiri Cəmilə Mirzəyevanın “Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin tətbiqi” mövzusunda mühazirəsi dinlənilib.

Daha sonra konsert proqramı təqdim olunub.

Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova), Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (bədii rəhbər: Xalq artisti Yusif Qasımov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin əsərləri əsasında hazırlanan rəngarəng proqramla tamaşaçıların könlünü oxşayıblar. Konsert təhsil ocağının professor-müəllim heyəti və tələbələri tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, “Sənət inciləri” layihəsi üzrə ilk mühazirə-konsert Azərbaycan Dillər Universitetində təşkil edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri