Icma.az
close
up
RU
Üzeyir Hacıbəyli festivalı çərçivəsində “Sənət inciləri” adlı mühazirə konsertlər təşkil olunacaq

Üzeyir Hacıbəyli festivalı çərçivəsində “Sənət inciləri” adlı mühazirə konsertlər təşkil olunacaq

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

XQ xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu və ICESCO-nun dəstək verəcəyi festival çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Sənət inciləri” adlı mühazirə-konsertlər keçiriləcək. Tədbirlər həmçinin Bakı Dövlət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Azərbaycan Dillər Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşacaq. 

Layihə dövlət başçısının sərəncamı ilə bu il 140 illiyi geniş qeyd olunan dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin (1885-1948) musiqi irsimizə bəxş etdiyi əsərləri, şifahi ənənəli nümunələrin nota köçürülməsi və peşəkar musiqinin geniş xalq kütlələri arasında təbliğinə verdiyi misilsiz töhfələrin xüsusilə gənc nəslin diqqətinə çatdırılması məqsədi daşıyır.

Mühazirə-konsertlərin ilki sentyabrın 19-da Azərbaycan Dillər Universitetində, ikincisi sentyabrın 22-də Bakı Dövlət Universitetində, sonuncusu isə ayın 24-də  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil ediləcək.

Alim və mütəxəssislər tərəfindən Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına dair mühazirələr təqdim olunacaq, istedadlı tələbələr maraqlı musiqi nümunələri ilə çıxış edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri