Icma.az
close
up
RU
Sənətsevərlər 2 həftə Üzeyir musiqisinin cazibəsində

Sənətsevərlər 2 həftə Üzeyir musiqisinin cazibəsində

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda XVIII Beynəlxalq Musiqi Festivalı

Ölkəmizdə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatdı.

Çox dəyərli ənənə halını almış bu musiqi bayramı Azərbaycanda peşəkar musiqi məktəbinin əsasını qoymuş dahi bəstəkarın zəngin irsinə ehtiramın növbəti təzahürü olub. Bakıda və ölkəmizin ayrı-ayrı guşələrində festival çərçivəsində klassik və müasir musiqilərdən ibarət maraqlı konsert proqramları təqdim edilib, tamaşa nümayişləri, sərgilər, konfranslar, təqdimatlar keçirilib.

Ötən günlər festival müxtəlif məkanlarda çeşidli təqdimatlarla yadda qalıb. Beynəlxalq Muğam Mərkəzində “Qış səyahəti” – Şubert-Müller-Baçinski” adlı musiqili gecədə qeyd olunub ki, Avropanın bir sıra şəhərlərində, o cümlədən Berlin Filarmoniyası Orkestri və Varşava Orkestri tərəfindən təqdim olunan bu proqram Almaniya və Polşanın birgə həyata keçirdiyi mühüm layihələrdəndir. Əsərləri vokalçı Lukas Koneçnı, pianoçu Nikolaus Reksro, video sənətini isə Pyotr Opavski təqdim ediblər. Musiqi ifası müasir işıqlandırma və video-installyasiya ilə müşayiət olunub.

Digər xarici ölkələrdə də dahi bəstəkarımız ehtiramla anılıb. Məsələn, Perunun məşhur “Filarmonía” radiosunda Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş 1 saatlıq xüsusi veriliş eyni gündə 2 dəfə yayımlanaraq Cənubi Amerika auditoriyasına çatdırılıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafında onun müstəsna rolu, zəngin yaradıcılıq irsi və dünya musiqi xəzinəsinə töhfələri barədə geniş məlumat verilib, əsərləri səsləndirilib.

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə Laçında və Şuşada “Qarabağ Gecəsi” adlı xeyriyyə konsertləri keçirilib. Musiqili gecələrdə dövlət rəsmiləri, fondun donor və tərəfdaşları, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və Şuşa şəhərinin sakinləri iştirak ediblər.

Açılış mərasimlərində söylənən çıxışlarından sonra təqdim olunan bədii hissədə tanınmış musiqiçilərin ifasında Azərbaycan və dünya musiqisindən əsərlər səsləndirilib. Xalq artistləri Fərhad Bədəlbəyli və Yeganə Axundovanın, Əməkdar artist Emil Əfrasiyabın pianoda Nəzrin Aslanlının violində ifaları unudulmaz təsir bağışlayıb. Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano), solistlər Mahir Tağızadə (bariton), Aysun Mahmudzadə (soprano) konsert zamanı dinləyicilərə unudulmaz ilhamlı anlar bəxş ediblər.

Laçında Qarabağ Dirçəliş Fondu dağlar diyarına “Yamaha” istehsalı olan böyük konsert royalı hədiyyə edib. Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, bu təşəbbüs şəhərin mədəni həyatının zənginləşməsinə və musiqi ənənələrinin yaşadılmasına xidmət edəcək.

Konsertləri izləyən musiqişünas, dosent Telman Qəniyev təəssüratlarını XQ-yə belə açıqladı:

– Üzeyir bəy klassik opera sənətinin ən gözəl nümunələrindəın birinə - “Koroğlu”ya həyat verib. Onun üvertürası çox əzəmətlidir. Dahi bəstəkar əsərdə musiqinin bütün incəliklərindən istifadə edib. Burada həm zəngin opera çalarları və xor, həm muğam, həm yallı, həm də o dövrdə yasaqlanmış aşıq musiqisi var. Bir çox bəstəkarlar bu operanın motivlərini götürüb əsərlər yaradıblar. Ümumiyyətlə, Üzeyir Hacıbəyli musiqi sənətimizin misilsiz baş tacıdır. Artıq 18-ci dəfə keçirilən bu beynəlxalq musiqi festivalının ənənəvi olaraq, dünya sənətçilərini öz çətiri altına toplaması Azərbaycan mədəniyyətinin böyük uğurudur.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirdiyi “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub.

Azərbaycanın mədəni-ictimai fikir tarixində silinməz iz qoyan Üzeyir bəyin bəstəkar, pedaqoq, musiqişünas, təhsil təşkilatçısı və ictimai xadim kimi çoxşaxəli fəaliyyətindən örnək məqamlar diqqətə çatdırıb. Bədii hissə xüsusilə maraqlı keçib. Bəstəkarın operettalarından fraqmentlər, duet və ariyalar, “Ey Vətən” mahnısı səsləndirilib. Tədbir məkanında, eyni zamanda, Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini əks etdirən nəşrlərdən ibarət guşə də təşkil olunub.

Əməkdar mədəniyyət işçisi, MEMİM-in əməkdaşı Səadət Təhmirazqızı festivalın yekunları barədə danışaraq dedi:

– Bu kimi möhtəşəm bayramlar Azərbaycan mədəniyyətinin təbliği baxımından əvəzedilməzdir. Fəxr edirəm ki, festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında mənim “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabımın təqdimatı oldu. İttifaqın sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə bu nəşrin musiqişünaslar və tədqiqatçılar üçün faydalı mənbə olduğunu söylədi. Digər natiqlər də kitabı Üzeyir bəyin ruhuna böyük ehtiramın ifadəsi kimi dəyərləndirdilər. Söylənilənlərə görə, nəşrdə Üzeyir Hacıbəyli ilə Nizami Gəncəvinin yaradıcılığı arasında özünəməxsus həmahənglik izlənilir.

“Xəzər” Universitetində “Sənət inciləri” layihəsi üzrə mühazirə-konsertin aparıcılığı da mənə həvalə edilmişdi. Orada MEMİM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətovun qeyd etdiyi kimi, “Sənət inciləri” layihəsi ənənəvi festival çərçivəsində ötən ildən təşkil olunur. Bu layihə dahi bəstəkarın musiqi mədəniyyətimizin inkişafındakı əvəzolunmaz xidmətlərini və onun zəngin yaradıcılıq irsini xüsusilə gənc nəslə çatdırmağa töhfə vermək məqsədi daşıyır.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərlinin “Üzeyir Hacıbəylinin yaradıcılığında xalq musiqisindən istifadə məsələləri” mövzusunda mühazirəsi də maraqla dinlənildi. Bu festivala beynəlxalq marağın güclü olması sonsuz fərəh doğurur. Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində də bayram konserti olub. Hərbi orkestrin ifasında Dövlət Himnimiz səsləndirilib. Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Həsənova dahi bəstəkar Üzeyir Hacıbəylinin milli professional musiqi sənətinin formalaşmasındakı müstəsna xidmətlərini və onun zəngin yaradıcılığının bu gün də Azərbaycan musiqisinin inkişafına təsirini diqqətə çatdırıb.

Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Samir Həmidov və Xalq artisti, professor Ağaverdi Paşayev Üzeyir bəyin milli musiqi mədəniyyətindəki müstəsna yerindən bəhs ediblər. Bildirilib ki, bugünkü nəsillər dahi bəstəkarı görməsələr də, onun yaratdığı zəngin musiqi ənənələri ilə yetişiblər və bu ənənələrin davam etdirilməsi qürurvericidir.

Konsert proqramı zənginliyi ilə seçilib.

Bəstəkarın “Arazbarı” əsəri yenilikçi tərkibdə təqdim olunub, kollecin müəllim və tələbələrinin iştirakı ilə bəstəkarın əsərləri solo, duet, orkestr və xor ifalarında səsləndirilib. Konsert “Qarabağ şikəstəsi” ilə başa çatıb.

Festivalın sonuncu günündə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında yekun konserti təşkil olunub. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə keçən konsertdə Gürcüstandan skripka ifaçısı Eliso Qoqibedaşvili (Elisso Gogibedaschwill) solist qismində çıxış edib.

Bakı Kitab Mərkəzində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın yaradıcılığına həsr olunmuş “Sənsiz” adlı ədəbi-musiqili gecədə Üzeyir bəyin müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlər Muğam Müsabiqəsi laureatlarının ifasında təqdim olunub. Dünyaca məşhur “Arşın mal alan” operettasından səhnələrə, “Sevgili canan” və “Sənsiz” romanslarına, “Koroğlu”dan ariyalara kimsə biganə qalmayıb.

Dünən axşam Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dahi Üzeyir bəyin yaxın dostu olmuş Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə düzənlənən musiqili poeziya gecəsi də bir növ festivalın son akkordlarından olub. Sözün musiqi ilə, poeziyanın duyğu ilə qovuşduğu möhtəşəm gecədə instrumental ansamblın müşayiətilə Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Heydər Anatollu, solistlər Aynur İsgəndərli, Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva və başqaları parlaq çıxışlar ediblər.

Beləliklə, milli və ümumbəşəri mədəniyyətlərin ayrılmaz tərkib hissəsi olan Üzeyir Hacıbəyli irsinə dərin ehtiramın ifadəsi olan ənənəvi beynəlxalq musiqi festivalı növbəti uğuru ilə tarixə qovuşub.

Əli NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 00:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri