Icma.az
close
up
RU
Səngəçal Elektrik Stansiyası ətraf mühiti çirkləndirdi, cəzalandırıldı

Səngəçal Elektrik Stansiyası ətraf mühiti çirkləndirdi, cəzalandırıldı

Qaradağ Rayon Məhkəməsində "Səngəcal Elektrik Stansiyası" ASC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkət cərimələnib.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qeyd: ASC-nin qanuni təmsilçisi Rüstəm Elşad oğlu Qaçayevdir. 

Xəyal Quliyev

seeBaxış sayı:34
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri