Icma.az
close
up
RU
Şengen qapısında siyasi imtahan

Şengen qapısında siyasi imtahan

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Avropada rusiyalılara viza verilməsinə münasibət birmənalı deyil

Son dövrlər Rusiya vətəndaşlarına verilən Şengen vizalarının sayında kəskin artım müşahidə olunur və bu, Avropa İttifaqı (Aİ) daxilində siyasi müzakirələri yenidən kəskinləşdirib. Bu proses bir tərəfdən humanitar, iqtisadi və hüquqi baxımdan sərbəst hərəkət prinsipləri ilə izah olunsa da, digər tərəfdən təhlükəsizlik, geosiyasi təzyiq və Ukrayna müharibəsi fonunda siyasi narahatlıqları artırır. Avropa Parlamentinin bəzi deputatları mövcud tendensiyanın Aİ-nin ümumi siyasi xətti ilə ziddiyyət təşkil edən amil kimi qiymətləndirir, əlavə məhdudiyyətlərin tətbiqini gündəmə gətirirlər.

Son dövrlər Rusiya vətəndaşlarına verilən Şengen vizalarının sayında kəskin artım müşahidə olunur və bu Avropa İttifaqı (Aİ) daxilində siyasi müzakirələri yenidən kəskinləşdirib. Bu proses bir tərəfdən humanitar, iqtisadi və hüquqi baxımdan sərbəst hərəkət prinsipləri ilə izah olunsa da, digər tərəfdən təhlükəsizlik, geosiyasi təzyiq və Ukrayna müharibəsi fonunda siyasi narahatlıqları artırır. Avropa Parlamentinin bəzi deputatları mövcud tendensiyanın Aİ-nin ümumi siyasi xətti ilə ziddiyyət təşkil edən faktor kimi qiymətləndirir, əlavə məhdudiyyətlərin tətbiqini gündəmə gətirirlər.

Avropa Parlamentinin Latviyadan olan deputatı İnese Vayderenin mövqeyinə görə, ötən il Rusiya vətəndaşlarına Şengen zonası ölkələri tərəfindən verilən vizaların sayındakı artımın xüsusilə Fransa, İtaliya və İspaniya kimi turizm baxımından aktiv ölkələrdə daha qabarıq olması diqqət çəkir. Həmin ölkələr ənənəvi olaraq Şengen zonasının turizm axınında lider mövqedədirlər və iqtisadi maraqlar burada mühüm rol oynayır. Lakin Ukraynada davam edən müharibə və Rusiya və Aİ arasında gərgin siyasi münasibətlər fonunda bu tendensiya bəzi Avropa siyasətçiləri tərəfindən təhlükəsizlik və siyasi mesajlaşma baxımından problemli hesab edilir.

Məlumdur ki, Avropa İttifaqı 2022-ci ildən etibarən Ukraynaya geniş siyasi, maliyyə və hərbi dəstək göstərir. Bu kontekstdə Rusiya vətəndaşlarına münasibət daha sərt çərçivəyə salınıb. Daha dəqiq desək, bir çox Aİ ölkəsi artıq sadələşdirilmiş viza rejimini dayandırıb və nəzarət mexanizmlərini gücləndirib. Bununla belə, Aİ daxilində vahid və tam sərt viza siyasəti formalaşmayıb. Bəzi ölkələr təhlükəsizlik və siyasi mövqelərini ön plana çıxararaq məhdudiyyətləri sərtləşdirdiyi halda, digərləri iqtisadi maraqlar, turizm sektoru və şəxsi əlaqələri nəzərə alaraq daha yumşaq yanaşma nümayiş etdirir. Müşahidə olunan ziddiyyət Avropa İttifaqının xarici siyasətində mövcud çoxsəsliliyin və institusional balansın nəticəsi kimi yozulur.

Yeri gəlmişkən, Avropa Parlamentində səsləndirilən fikirlərə görə, Rusiya vətəndaşlarına turist vizalarının məhdudlaşdırılması bir neçə məqsədə xidmət edə bilər. Birincisi, bu addım Aİ-nin Ukrayna ilə həmrəyliyinin simvolik ifadəsi kimi təqdim olunur. Yəni Rusiya vətəndaşlarının Avropaya səyahət imkanlarının azaldılması siyasi mesaj xarakteri daşıyır. İkincisi, bəzi deputatlar hesab edirlər ki, belə məhdudiyyətlər Rusiya daxilində ictimai rəyin formalaşmasına təsir göstərə bilər. Sözügedən yanaşmaya görə, xarici səyahət imkanlarının məhdudlaşdırılması daxili siyasi narazılığı artıraraq müharibəyə ictimai dəstəyi azalda bilər. Lakin bu yanaşma elmi və siyasi dairələrdə birmənalı qəbul edilmir.

Ümumən Avropa İttifaqı ölkələri arasında Rusiya vətəndaşlarına viza siyasəti ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Baltikyanı ölkələr və Polşa kimi dövlətlər daha sərt məhdudiyyətlərin tərəfdarıdır və təhlükəsizlik risklərini ön plana çıxarırlar. Şübhəsiz, həmin ölkələr Rusiya ilə coğrafi yaxınlığı və tarixi-siyasi təcrübələr səbəbilə daha həssas mövqe nümayiş etdirirlər. Paraleldə Cənubi Avropa ölkələri, xüsusilə turizm sektorundan yüksək asılılığı olan dövlətlər iqtisadi zərərləri nəzərə alaraq daha yumşaq siyasət yürütməyə çalışırlar. Çünki turizm gəlirləri, hava nəqliyyatı və xidmət sektorunun gəlirləri bu ölkələr üçün mühüm iqtisadi dividend faktorudur. Bu balanssızlıq Aİ daxilində ümumi və vahid qərarın qəbulunu çətinləşdirir.

Məsələyə hüquqi kontekstdən yanaşsaq, deyə bilərik ki, Şengen viza sistemi Aİ daxilində vahid sərhəd siyasətinə əsaslansa da, vizanın verilməsi əsasən üzv ölkələrin milli konsulluqlarının səlahiyyətindədir. Bu o deməkdir ki, hər bir ölkə müəyyən çərçivə daxilində öz siyasətini tətbiq edə bilir. Yəni Avropa Komissiyası ümumi tövsiyələr və koordinasiya mexanizmləri təqdim etsə də, tam mərkəzləşdirilmiş viza siyasəti mövcud deyil. Bu səbəbdən Rusiya vətəndaşlarına verilən vizaların sayında ölkələr arasında ciddi fərqlər yaranır.

Sonda demək yerinə düşər ki, Avropa İttifaqının miqrasiya və viza siyasətində belə sərtləşdirici və selektiv yanaşmalar ilk dəfə müşahidə olunmur. Son onilliklər ərzində Aİ müxtəlif böhranlar fonunda oxşar addımlar atıb. 2015-ci il miqrasiya böhranı zamanı sərhəd nəzarətinin gücləndirilməsi, Belarus–Polşa və Baltik sərhədlərində miqrasiya təzyiqlərinə qarşı sərt məhdudiyyətlər, Əfqanıstandakı 2021-ci il hadisələrindən sonra sığınacaq siyasətində daha ehtiyatlı yanaşmalar və COVID-19 pandemiyası dövründə tətbiq olunan qlobal səyahət məhdudiyyətləri bunun bariz nümunələridir. Bu mənada, Rusiya vətəndaşlarına Şengen vizaları ətrafında gedən hazırkı müzakirələr də Avropanın miqrasiya siyasətində daha çox əvvəlki böhranlardan formalaşmış siyasi reflekslərin davamı kimi başa düşülə bilər.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyun 2026 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri