Şengündən möhtəşəm start, “Leykers” və “Klippers”dən qələbə NBA da gecənin nəticələri
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
NBA-da 2026/27 mövsümünün növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” doğma meydanda “Dallas Maveriks”i 128:110 hesabı ilə məğlub edib.
Şengün yeni mövsümə “dabl-dabl”la başlayıb. Türkiyəli basketbolçu 23 xal, 10 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Hyuston”un heyətində Kevin Durant və Cabari Smit 30 xalla fərqləniblər. Qonaqların ən məhsuldar oyunçusu isə 32 xal toplayan Kuper Fleqq olub.
“Los-Anceles Leykers” öz meydanında “Qolden Steyt Uorriors”a 127:105 hesabı ilə qalib gəlib. Şəhərin digər təmsilçisi “Los-Anceles Klippers” isə “Sakramento Kinqs”i 121:96 hesabı ilə üstələyib.
Gecənin digər görüşlərində “Toronto Reptors” “Çikaqo Bulls”u 43 xal fərqi ilə məğlub edib. “Portlend Treyl Bleyzers” də “Finiks Sans” üzərində böyükhesablı qələbə qazanıb.
NBA, müntəzəm çempionat
22 oktyabr
“Hyuston Rokets” – “Dallas Maveriks” – 128:110
“Los-Anceles Leykers” – “Qolden Steyt Uorriors” – 127:105
“Los-Anceles Klippers” – “Sakramento Kinqs” – 121:96
“Portlend Treyl Bleyzers” – “Finiks Sans” – 124:83
“Toronto Reptors” – “Çikaqo Bulls” – 135:92
“Mayami Hit” – “Minnesota Timbervulvz” – 106:131
“Memfis Qrizzlis” – “Yuta Caz” – 123:103
“Vaşinqton Uizards” – “Milvoki Baks” – 128:116
“Orlando Mecik” – “Atlanta Houks” – 125:132
“Bruklin Nets” – “Şarlott Hornets” – 103:110
“Yeni Orlean Pelikans” – “İndiana Peysers” – 120:123
Lazar Spasiç: “Məğlubiyyətimizin əsas səbəbi…” “Neftçi”nin baş məşqçisi: “Belə oyunlarda səhv etmək olmaz” “Sabah” “Trabzonspor”la bacarmadı - YENİLƏNİB Avropa Kuboku: “Neftçi” Latviya klubuna məğlub oldu - YENİLƏNİB “Gəncə” Yunanıstan klubuna məğlub olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 22 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















