Icma.az
close
up
RU
Səninlə tənhalaşdım Aynur Ədil yazır

Səninlə tənhalaşdım Aynur Ədil yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aynur Ədil

Biz əslində ucsuz-bucaqsız kainatda yarımçıq qalmamaq üçün öz yarımızı axtarırıq ki, bütövləşək. Bizim dildə səni tamamlayan şəxs necə gözəl və mənalı səslənir - yar və ya mənim yarım... Sən bir insanı öz həyatına alırsan ki, uzun və qaranlıq gecələri tək keçirməyəsən, sevdiyin, bağlı olduğun küçələri tənha gəzməyəsən, içdiyin çayı yalnız içib öz-özünə danışmaq yerinə biri ilə həmsöhbət olasan. Nə qədər dözə biləcək gücdə biri və ya çox səbirli insan olursan ol, tükənən zaman zərif qadın hisslərinlə güclü çiynə baş qoyub dərindən ağlamağı sən də istəyirsən. Məncə, bizi yaradan da qadınları hər şeyə göz yumub dözmək məcburiyyətində olan bir varlıq kimi yox, əksinə, hər kiçik yorğunluqda o əzab-əziyyətləri ona unutduran biri ilə xoşbəxt yaşasın deyə yaradıb. Qadın o qədər zərif və həssas varlıqdır ki, maddi-mənəvi gücü kifayət qədər çox olsa belə, bir kişinin yanında o, hər zaman böyüməmiş uşaqdır.

Bilirsən, bu yazıları yazmaq mənə asan başa gəlmir. Düşünürəm ki, zaman gözləmədiyimiz şeyləri başımıza gətirən ən güclü və eyni zamanda qorxulu, təhlükəli məfhumdur. Məsələn, mən onunla ilk dəfə tanış olanda hətta dərdləşəndə belə, içimə bugünə kimi gəlməyən və adını tapa bilmədiyim rahatlıq gəlmişdi. Xoşbəxtlikdən gözündən axan yaşı hər zərrəsinə kimi yaşamışdım. Özü də mən onunla elə yarımçıq və gücsüz hiss etdiyim anda tanış olub, tamamlanmağa başlamışdım. Ancaq vaxt keçdikcə mən onunla tənhalaşdım. Bu cümləni necə hansı formada açıqlayacağımı bilmir, duyğularımı ifadə etmək istəyərkən belə həyəcandan əllərimin necə əsdiyini, ürək ritmimin sürətləndiyini izah etməkdə çətinlik çəkirəm. Sadəcə bu hissləri bu şəkildə qeyd etmək daha anlaşıqlı olar - sən həmin relsdən keçən qatarın bir stansiyasısan və o qatar hər dəfə o stansiyada dayanıb səni görəcəyindən əmindir, lakin bir gün o stansiyanın dağıla biləcək ehtimalını unudur. Bir insanın, daha doğrusu, ona dərin hisslər bəslədiyin birinin ara-sıra səni yoxladığı şəxs olmaq - heç yaşamağı arzu etmədiyim duyğudur. Hərdən tənhalığın səssizliyində o suallar məhv edir səni - axı sənin onun həyatındakı yerin nədir? Hər kəsdən qaçanda sığındığı liman? Açıq yaralarına yapışdırmaq istədiyi yara bandı? Başqalarından ala bilmədiyi sevgini, nəvazişi, qayğını səndən almaq, ya boş olan bütün vaxtını hisslərini səninlə doldurmaq?! Bütün bu suallar içdən məni yeyir, amma heç vaxt sevilməmiş bir insan olsaydım, düşünərdim ki, burada istək, yaxud sevgi var. Lakin mən bu qarşılıqlı münasibətdə qeyd etdiyim hisslərin heç birini nə gördüm, nə də görmək istəsəm belə, çətinlik çəkdim. Halbuki istək olmaz dediklərimizi reallaşdıran, mümkün olmayan hər şeyi əlçatan edən və ən əsas bütün insanları bir-birinə bağlayan, əlaqələri gücləndirən, hisslərin daha da qüvvətlənməsinə gətirib çıxaran o vaxt deyilən şeyi sənin üçün ayırmır, sənə yaradır. Vaxtı hər kəs üçün ayıra bilərsən, ancaq vaxtı yaratmaq sənin qarşı tərəfə olan marağından, sevgindən irəli gəlir. Əgər bu günəşli günlərdə əvvəlki həyatımdan fərqli olmayaraq, bütün bu gözəllikləri: ağacların çiçəklənməsini, təbiətin oyanmasını, dənizin xəfif dalğalanmasını tək müşahidə edəcəyəmsə, həyatın qaçınılmaz çətinliklərinin, talenin gözlənilməz oyunlarının öhdəsindən yalnız gələcəyəmsə, hərdən bulaqdan gələn şırhaşır sutək gözümdən axan yaşları da özüm siləcəyəmsə, yaşadığım bütün yaxşı və ya pis hadisələri səninlə paylaşmaq imkanına sahib olmayıb, içimdə basdıracağamsa, axı bizim “biz” olmağımızın nə mənası var?! Çətini yoxluq deyil bu həyatda. Ağır və ağrılı olanı, varlıq içərisində yoxluğu yaşamaqdır. Hansı ki, soyuq havalarda səninlə yeni tanışlığımız mənim ruhuma baharı gətirmiş, bütün daxili dünyamı çiçəkləndirmişdi. İndi o bahar həqiqətən gəlib, amma mən içimdə ən sərt qışı yaşayıram... Təkrar-təkrar sənə bunu demək istəyirəm: mən bu tənhalıqdan birdəfəlik yaxa qurtarmaq istədiyim halda, mən səninlə tənhalaşdım. Hər hadisədən, hər insandan və ən əsası hər münasibətdən çıxardığım dərslərdən deyəsən, ən ağırı bu idi - həyatında varlıq ilə yoxluğun fərqlənməməsi. Yalnız olmaq və tək yaşamaq gücdür, ancaq həyatında istədiyin şəxs olduğu halda, tənha hiss etmək intihardır. Üşüyən əllərini onun tutmağının əksinə özünün isitməyin, parkda gəzərkən yüzlərlə cütlüyün arasında sənin yenə tək gəzməyin, insanlar birgə üzü dənizə baxıb valeh olarkən sənin o dalğaları müşahidə edib, özünə olan haqsızlıqları xatırlamağın da birbaşa elə özünün də özünə haqsızlığındır.

Bilirsən, həqiqi istək həm də doymamaqdır. Müddətli və sərhədli bir insanın yanında olmaq, çox qısa zaman ayırmaq qarşı tərəfin ruhuna nə qədər ziyandır... Ürəyin bəzən istəyir ki, eynilə on yeddi yaşın ilk və saf sevgisi kimi bir insanla danışanda səhərini onunla açasan, söhbət o qədər şirin olsun, bir-birinizə elə bağlı olasınız ki, beş dəqiqə əvvəl danışdığınızı hesab edəsiniz, amma səhər açıla... Əslində heç məsələ nə məsafə, nə az zaman ayırmaq da deyil bəzən. Əsl məsələ, o qısa zaman ərzində sənin münasibətdə olduğun şəxsə nə hiss etdirdiyindir. Ona görə deyiblər ki, yanında olsa, nə olacaq, əgər sevgisini hiss etdirmirsə, yanında olduğunu göstərmirsə... Biri də var dünyanın o biri ucunda bir cümləsi ilə sənə, sənin hamıdan dəyərli olduğunu hiss etdirir. Biz təəssüflər olsun ki, vurulanda, yaxud da bir insana ülvi duyğular daşıyanda bütün bunları gözüyumulu hiss edirik. Ancaq müəyyən zaman müddətindən sonra xoşbəxt olmaq yerinə, tənhalaşdığımızı, ən əsası özümüzdən imtina edib, özümüzə haqsızlıq etməyimizin fərqinə vardığımızı görəndə böyük xəyal qırıqlığı yaşayırıq...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Mart 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri