Icma.az
close
up
RU
Əvvəlki mən Aynur Ədil yazır

Əvvəlki mən Aynur Ədil yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aynur Ədil

İlk dəfədir ki, bir yazını yazmağa bu qədər tərəddüd etdim, gecikdirmək üçün zaman qazandım. Məni qorxudan isə yazacağım mövzu, yoxsa əvvəlki özüm ilə üzləşməyim idi?! Bu sualın da cavabını tapmaqda belə çətinlik çəkdim. Elə isə başlamaq istəyirəm: xəstəxana koridorlarından...

Darıxdığım keçmişdəki özüm ilə ən çox qarşılaşdığım mənzərə idi ora. Yalnız, xəstəxana koridorlarında həyəcanlı şəkildə, ağrılarımla üzləşərək həkimlərin ağzından çıxacaq rəyi gözləyirdim. Divarlar üzərimə gəlirdi sanki. Bir tərəfdən otaqlardan gələn dərman qoxuları, digər yandan isə təlaşla doğmasının əməliyyatdan çıxmağını gözləyən insanlar ayrıca həyəcan doldururdu içimə. Həmin vaxt bircə anlıq uşaqlığım anamın qucağında, gözümün önündə canlandı. Uşaqlığım o qədər xoşbəxt idi ki, qalın ikihörüklü saçları hələ xəstəxana anlayışını, həyəcanını tam qavramamış şəkildə, hər şeydən xəbərsiz üzümə baxıb gülümsəyir, arabir anama onu qucağına almasını xahiş edir, bəzən isə anamın çantasını eşələyirdi yemək axtarmaq üçün. Məni hər şeyin öhdəsindən yalnız gəlməyə öyrənmiş, hətta məcbur qalmış dönəmdə və o kritik anlarda xoşbəxt edən tək şey gözümdə keçmişin qayğısız vaxtlarının canlanması idi. Əgər uşaqlığımla danışmaq imkanım olsaydı, ona bu anların gələcəkdə nə qədər qiymətli olduğunu, indiki yaşlarını gündüz əlində çıraqla axtaracağını demək istəyərdim. Məhz xoşbəxtlik onda idi. Ən çətin anlarda belə, sığındığın ana qucağının olmağı, hər sınaqdan tək yox, doğman yanında olaraq çıxmağın əslində böyük sərvət imiş. Mən ağrılarım, həyəcan və təşvişimlə birgə xəstəxananın dörd bir yanında heç bir əzizimin olmadığını görəndə nə qədər böyüdüyümü anladım. Əslində birdən-birə ağrılarım o qədər şiddətlənirdi ki, həmin an ağlamağım normal hal sayılmalı idi. Ancaq böyüməyim, hər bir ağrını gözüyumulu qəbul etməyi öyrətmişdi mənə. Hə, bir də bu təklik dənizinin düz ortasında kədərin dalğaları hər tərəfdən məni boğan zaman ruhum onu çox arzulayırdı... Bəlkə də ondan bir zəng, ya qısa bir mesaj gəlsəydi, həmin an bütün ağrı, kədərim yoxa çıxırdı. Axı, sevgi hər şeyin dərmanıdır... Həqiqətən də sevgi elə sehrli bir qüvvədir ki, səni ən dərin quyulardan çıxarmağa, intiharın astanasından geri qaytarmağa, sağalmağı mümkün olmayan bütün xəstəliklərə güc gələndir. Bax, xəstəxana koridorları tək ağrılarımla yox, eyni anda həyatımda əskik olan hər şey və hər kəslə məni üzləşdirdi. Yaşadığım hər çətin dəqiqə bir daha nə qədər tək olduğumu şillə kimi üzümə çırpırdı.

Daha sonra keçmişlə üzləşməyə gətirib çıxaran o qədər səbəblər, hadisələr oldu ki həyatımda – əslində nə qədər şeyi itirdiyimi, nələrin məndən əskildiyini təkrar-təkrar yenidən anladım. Bir də baxdım ki, evimdən uzaqlaşır və öz evimdə olduğum halda “öz evim” üçün çox darıxıram. Bu dərin hissləri yaşamamış olardım kaş... Ürəyimdəki həsrət yanğısı heç bir halda sönmürdü. Mən bu hicranı hər kəsdən gizlədib, bir kənarda səssizcə, hər zərrəmin hiss edəcəyi qədər dərin yaşadığım halda, bədənim zəifləyərək hər şeyi bəlli edirdi. Sevdiyim işləri görməkdən qaçır, ən dadlı hesab etdiyim yeməklər dadsız gəlir, həvəslə gəzdiyim hər yolu yarımçıq qoyurdum. Bəzən hara aid olduğumu yadımdan çıxarırdım. Özümə yer tapmamaq isə yaşadığım bütün hisslərdən daha ağır idi. Özümdən qaçırdım, ya məni özümdən uzaqlaşdıran kimdənsə?! Eh, yenə cavabını tapa bilmədiyim sualların içində itib-batırdım. Bircə onu bilirdim ki, telefonum onun zənglərinin gəlməməyindən necə susubsa, ruhum da onun artıq həyatımda olmamağından elə səssizləşib. Bəzən bir insan üçün həyatın mənası, elə onu tamamlayan digər yarısı olur. Və digər yarını itirmək isə çox zaman həyata, yaşamağa, gələcəyə ümidini əlindən alır. Səhər oyananda qulağının öyrəşdiyi o səsi bir də eşitmirsənsə, gözlədiyin həmin zəng səni yuxudan oyatmırsa, qəlbin elə həmin vaxt əsl fəlakəti yaşayır. Bir də görürsən üzərindən xeyli gün keçib: üz cizgilərini az qala xatırlamır, hətta səsini belə unudursan. Ancaq şəhərin ən səssiz yerində üzü dənizə doğru dərindən nəfəs alıb, özünlə bərabər vaxt keçirəndə iki nəfər yan-yana gedib, biri digərinin adını ürəyindəki insanın adı ilə çəkəndə hər şey sənə aydın olur. Dönüb insanların üzünə baxırsan ki, bir ümid bəlkə ad sahibi elə odur. Amma o olmur... Bir şeyi də yaxşı anlayırsan ki, qəlbin yaddaşı beyindən daha güclüdür.

Həyatımın ən tənha, maraqsız, qarmaqarışıq dönəmləri idi ki, yuxuda dünyadan köçən nənəmi gördüm. Oyandım və qəribə darıxmaq hissi bürüdü bədənimi. Amma niyə qəribə? Çünki nənəmi cəmi on üç il uzaq məsafədə yaşayaraq görmüşəm. Gördüyüm zamanlar isə o, çox yaşlı idi və gəzə bilmir, əlində əsa olurdu. Birlikdə az vaxt keçirməyimizə baxmayaraq, onu sevirdim və dünyadan köçən günü fasiləsiz bütün saatlarda ağlamışdım. Məni ən çox ağladan isə nənəmin dünyasını dəyişməyi ilə  yanaşı, atamı bikef, qəmgin görməyim idi. Nənəmdən isə ağlımda qalanlar ancaq bunlar idi: divanda uzanır, məni yanına çağırıb bədahətən şeirlər deyirdi (çox nadinc uşaqlığım olduğu üçün şeirlərinə diqqətlə qulaq asmır, fikrim çölə çıxıb oynamağın yanında olurdu). Amma zamanı geriyə almaq fürsətim olsaydı, o şeirləri bir-bir harasa qeyd edib, nənəmlə daha çox vaxt keçirərdim. Bir də hazırda onu mənə daha dəyərli edən səbəblərdən biri də atamın yaş aldıqca, zahiri görkəminin nənəmə daha çox bənzəməsi oldu. Hətta ömrünün son günlərində atama olan böyük sevgimi görüb, onu mənə tapşırmışdı. Və bir gün nənəm dünyasını dəyişdi və mən hər o evə gedəndə özümdən biixtiyar divana yaxınlaşırdım ki, onun nurani üz-gözündən öpüm... Dəfələrlə onu sağ bilib uzandığı divana yaxınlaşdıqdan sonra bir daha o evə gedəndə qəbullandım ki, nənəm artıq divandan yox, divara asılmış şəkildən, bir də göyün üzündən bizə baxır. Və nəhayət, nənəmin illər sonra yuxuma girməyini təsadüfi yox, çətin günlərimdə işarə kimi qəbul edərək yazmağa cəsarət etmədiyim yazımı qələmə aldım. Bir sözlə, bu hadisə yazımı yazmaq qərarıma təkan verdi. Çünki az da olsa keçmişə məni qaytaracaq səbəb və uşaqlığımdan əksilən gözəl xatirə idi...

Və bir gecəyarısı təlaşla yuxudan oyanıb əvvəlki mən ilə üzləşərək, dağınıq halda bu cümlələri qələmə aldım:

Keçmişdə yaşamaq ilə bugündə nəfəs almaq arasındakı fərqi hiss etdinizmi heç?! Siz ruhən ölüb, insanlara diri rolunu oynamağı bacardınızmı bəs? Milyonlarla insan arasında gözünüz o baxışları axtardımı bəzən? O soyuq, tənha, qaranlıq gecələrdə sevdiyiniz insanın əvəzinə onun yoxluğuna bərk-bərk sarılıb yatmağın nə dərəcədə ədalətsiz duyğu olduğunun fərqinə vardınızmı? Mən hər birini yaşadım. Əslində ruhum çoxdan dəfn olunub. İçimdəki mənin üçü, yeddisi, qırxı çıxıb. Mən əvvəlki özümü ən dərinlərdə, heç kəsin olmadığı və tapa bilməyəcəyi qədər uzaqlarda basdırmışam. Özüm özümü yad edir, əvvəlki günlərim və özüm üçün darıxır, ağlayır, həsrət çəkirəm. Ölənlərin qayıtmadığı kimi “əvvəlki mən” də qayıtmayacaq, bundan əminəm. Heç kəsin yerini tapa bilməyəcəyi bir yerdə həm böyük, həm də ömrü qısa olan bir xoşbəxt ruh basdırmışam. O ruhda körpəliyimdəki anamın şirin laylası, uşaqlığımdakı oyuncaqlardan özümə dost etdiklərimin verdiyi sevinc, indi əlimin çata bilmədiyi, amma kiçik yaşlarımda “Bakı bulvarı”nı bir-birinə vurub, oynadığımız ölən birinin sağ vaxtları, gəncliyimin ilk sevgisi, üzümdə xoşbəxtlikdən güllərin açdığı ən nəşəli günlərim basdırılıb. Hərdən başımı çevirib geriyə baxanda ən mənasız şeylərdən ötrü belə qaqqıltısı ətrafa yayılan qız, indi isə güzgüyə baxdıqda gülmək üçün səbəb axtarıb tapmayan, hər şeydən küskün bir insan görürəm. Yaşadığım evdəki soyuqluğu  iliklərimə kimi hiss edir, bəzən sevgisizliyin şahidi olur, hər gün isə boşa gedən ömrün günlərini sayıram. Bütün xatirələrimin toplandığı yerlərdə əvvəlki məni həsrətlə axtarıram. Bir vaxtlar adi bir zəngin səsinin məni sevindirərək göyün yeddinci qatına qaldırdığı halda, indi həmin telefonun lal olub susmasına da təəccüblə baxıram. İndi Günəş doğsa da, Ay gecəyə işıq saçsa da, mənim sevdiyim yanımdan çıxıb getdikdən sonra onların işığı da qaranlığımı parıldada bilməz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see184

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see182

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see179

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!

26 May 2026 07:00see176

Yekun sənədi imzalayacağıq Mirzoyandan TRİPP AÇIQLAMASI

26 May 2026 23:17see167

Komandanı liqada saxladı: İstefaya göndərildi

26 May 2026 08:55see164

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see163

Masada 3 ssenari var: Hansı ağır gələcək?

26 May 2026 19:36see162

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see161

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 01:41see161

Yastığın yuxuya təsiri

26 May 2026 09:38see159

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see155

Aviabiletləri Azərbaycan dövlətini istəməyənlər bahalaşdırır AZAL la bağlı elə şeylər açıqlandı ki… KONKRET

27 May 2026 15:14see154

“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

27 May 2026 14:43see152

Belarusda işçilər “yoxa çıxır”...

26 May 2026 21:15see152

SEPAH Hörmüzdəki 25 gəmi ilə bağlı qərarını verdi

27 May 2026 01:08see150

ABŞ ordusu yenidən İranı vurdu

26 May 2026 05:45see150

Saul Alvares Kroufordla revanş döyüşü keçirmək istədiyini bildirib

26 May 2026 05:17see148

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see146

Azərbaycan liderinə təbriklər gəlməkdədir

27 May 2026 01:14see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri