Icma.az
close
up
RU
Anam üçün Aynur Ədil yazır

Anam üçün Aynur Ədil yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Aynur Ədil

Anam məni dünyaya gətirməklə birgə mənə gözəl həyat verdi. Həyatda şanslı hiss etdiyim səbəblərin içərisində ən birincisi sahib olduğum anam oldu. Və anamı müşahidə edərkən ideal qadın obrazı əsl azərbaycanlı xanımına yaraşan hər şeyin şahidi oldum. Anam hər zaman ətrafımda gördüyüm əksər qadınlardan fərqləndi. Tək zahiri görkəminin gözəlliyi ilə deyil, eyni zamanda möhkəm iradə xarakteri əxlaqı və ən əsası təmiz adı ilə. O, əlli beş illik ömrünü şərəflə, ləyaqətlə yaşadı və heç şübhəsiz, bundan sonra da elə yaşayacaq. Uşaqlıdan bəri anamın həyatında baş verənlərin şahidi olduqca ona hər zaman heyran oldum. Ona görə ki, o, ən yaxınlarında belə ədalətsizlik haqsızlıq, ayrı-seçkilik, hətta pislik görməyinə baxmayaraq, əsla mərhəmətini, vicdanını itirmədi. Həyatda çox çalışdım ki, anam kimi xeyirxah, yaxşı insan olum. Amma fərqinə vardım ki, o, seçilmişlərdəndir. Mənim anam qəhrəman anadır. Çünki əksər insanlar istənilən peşədə uğurlu olub mövqe tuta bilərlər. Əslində bu o qədər şişirdiləsi mövzu deyil. Əsl qəhrəman odur ki, cəmiyyətə, vətənə layiqli, faydalı övlad yetişdirsin. Bugün mənim ali təhsil almağımda, gənc yazıçı kimi mövqe tutmağımda anamın rolu inkarolunmazdır. Mən həyatda gördüyüm rahatlığı uğurlu günləri qazandığım nailiyyətlərin hər birini sahib olduğum ideal anama borcluyam. Hətta ilk yazdığım kitabdan indi yazdığım kitaba – digər yazılarıma kimi ilk dəstəyi anamdan gördüyümə görə xoşbəxtəm. Mənim həm ilk, həm ən dəyərli, həm də ən maraqlı oxucum anamdır. Çünki istənilən yazıma başlayanda ilk onun xeyir-duasını almaqla birgə onun fikirlərinə önəm verirəm. O, yazılarımın əyləncəli məqamlarında gülümsəyir, yazdığım kitabın ən təsirli hissəsində uşaq kimi gözyaşı tökür. Yeri gəlmişkən, bugün anamın əlli beş yaşı tamamlansa da, övlad-nəvə sahibi olsa da, onun qəlbi hər zaman saf təmiz uşaq ürəyitək gözəldir.

Anam ailədə, dostlar arasında, ümumiyyətlə dünyada daim sülhün, birliyin tərəfdarı olan həmin açıqqəlbli, genişürəkli qadındır. Onun mənəviyyatının zənginliyi milyonlardan da üstündür. Nəinki düzgün tərbiyə, mənim dünyagörüşümün artmasında, elmə, dinə, incəsənətə, mədəniyyətə sevgim, hörmətimdə anamın böyük zəhməti var. Ta uşaqlıqdan anam məndə teatr, musiqi mədəniyyətini, bütün dinlərə, millətlərə və ən əsası böyüklərə hörmət kimi yüksək humanist keyfiyyətləri məndə yaratmış və inkişaf etdirmişdir. Həqiqətən də bu həyatda ideal valideynlərimin olması mənim böyük şansımdır. Emosional baxış bucağından yanaşsaq isə, mənim üçün yaxşı olduğu qədər də, çətindir. Və çətinliyi ondadır ki, mənin nailiyyət uğurlarımın hər birində anamın imzası var. Mən nə ana, nə də atamsız yaşanılacaq həyatı təsəvvürümə nəinki gətirmək, hətta sığdıra bilmirəm. Bir ana qucağı ki, körpə ikən də məni rahatşadırırdı, indi də. Mən uşaqlığımdan fərqli olmayaraq, hazırda da həyatın çətin keşməkeşli yolları ayağımı büdrədib məni yoranda tək sığınacağım anamın qucağıdır. Sanki mən anamı qucaqlayanda cənnəti hiss edir, bütün ağrı, yaralarım sağalmış kimi hiss edirəm. Ümumiyyətlə, anam ilə mənim bir ömürə sığmayacaq qədər xatırlayanda həm kədərli, həm də xoşbəxt anlarımız, xatirələrimiz var. Bundan öncəki anamla bağlı yazımda o xatirələr barədə danışmışam. Sadəcə bunu qeyd edə bilərəm ki, zaman su kimi axır, anam artıq qocalır... Mən bunu qəbul etsəm də, etməsəm də, vaxtın öhdəsindən gəlib, zamanı dayandıra bilmərəm. Hər il anamın doğum günündə təkcə onun yaşı artmır, həmçinin daxilən mən də böyüyürəm. Anlayıram ki, bəzi şeylərin öhdəsindən yalnız gəlməyin, tək nələrisə bacarmağın vaxtıdır. Ancaq anam sağ ikən müəyyən şeylərin onun tərəfindən həyata keçməsi məni iki səbəbdən dolayı xoşbəxt edir. Birincisi, varlığını hiss edirəm, ikincisi isə, hər şey anamdan mənə gələndə daha qiymətli olur.

Eyni zamanda anamın fədakar insan olmağı ona olan sevgimi hər zaman birə-beş artırıb. Özünü yaxşı hiss etməsə belə, hər zaman ən sevdiyim yeməkləri hazırlayıb, ən çətin anlarımda özünün də çətinliyi olmağına baxmayaraq, mənim həyatımı asanlaşdırmağı bacarıb. Bugün dünyada məni ən xoşbəxt hiss etdirən şey evə yorğun gələndə başımı anamın dizlərinə qoyaraq hüzura qovuşmaqdır. Onun saçıma çəkdiyi sığal hissinin mənə bəxş etdiyi rahatlığı heç kəs əvəz edə bilməz. Anam ilk sevgimə şahid olanım, hər dərdimə can yandıranım, sirdaşım, ən yaxın rəfiqəm – dünyamı gözəlləşdirənimdir. Sevdiyim bir insanı itirəndə hönkürtü ilə ancaq anamın qucağında ağlaya bilmiş könlümdən keçənləri ona demiş, qəlbimin dərinliklərindəki həsrəti onunla bölüşə bilmişəm. Anam tayı bərabəri olmayan əvəzsiz doğmamdır. Qaranlıq dünyamı Günəştək parıldanan, gecələr pəncərədən otağıma ay kimi işıq saçanımdır. Həmçinin həyatımda böyük bacı rolu oynayanımdır. Mən bu həyatda ən gözəl hissləri və doğmalığı anam tərəfindən yaşamışam. İlk orta və ali məktəbə gedəndə, hətta ilk kitabım dərc olunanda yol yoldaşım anam olub.  Teatrların ən maraqlı tamaşalarını izləyən zaman anamın əlindən tutub ağlamış ilk uğurumu sevincimi anam ilə paylaşmış bütün nailiyyətlərimdə anamı yanımda xəyal etmişəm. İyirmi dörd ildə dinlədiyim ən gözəl mahnı onun dilindən eşitdiyim layla olub...

Və daim arzu etmişəm ki, anamın ömrü bütün uğurlarımı görməyə çatsın. Yaşının üzərinə yaş gəlir, artıq saçındakı ağların sayı çoxalır və ən nəhayət, anam yaşlanır, mən isə daha da böyüyürəm. Ancaq anamın yanında mən hər zaman ona möhtac olan həmin balaca Aynuram. Səni çox sevirəm, alagözlü dünya gözəli, təmizqəlbli anam. Sənin gülüşün mənə dünyaları bəxş edir, xoşbəxtliyin qış kimi soyuq ömrümə yazı gətirir. Arzum budur ki, böyütdüyün yazıçı qızın bundan otuz il sonra da səni təbrik edərkən sən bu sözlərə şahidlik edə biləsən... Şair nə gözəl yazıb:

Kaş anam otuz il cavan olaydı,

Səsinə laylalar bəstələnərdi.

Kaş zaman sürətli keçməsin deyə

Saatın əqrəbi xəstələnərdi...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri