Icma.az
close
up
RU
Atam üçün Aynur Ədil yazır

Atam üçün Aynur Ədil yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Aynur Ədil

İnsanın həyat hekayəsində ömrü boyu unuda bilmədiyi bir qəhrəmanı olur. Elə bir insan olur ki, sənin həyatında sən onu hər düşünəndə, cismən yanında olmasa belə, varlığı artıq sənə güc-qüvvət verir. Həyatın enişli-yoxuşlu yolları ayağını büdrədəndə, tale gözləmədiyin oyunları ilə güvənini sarsıdanda, həvəslə başladığın bir işdə uğursuzluq qapını döyəndə, sevdiyin insanlar səni bir-bir tərk edəndə güclü qollar, sənə hüzuru bəxş edən qucaq hər zaman səni yenidən həyata bağlayır. Bu sadaladıqlarımı isə Tanrının sənə yazdığı alın yazısında cəmi bircə nəfər sənə yaşadır. O, sənin dostun, anan, bacın, sevdiyin, atan, həyat yoldaşın və digər şəxs ola bilər. Mənim isə doğulduqdan ölənə kimi həyat hekayəmin qəhrəmanı atam olacaq.

O, altmış illik ömrünün iyirmi üç ilini, mənə əvəzolunmaz ata, ürəyimin dərinliklərindəki arzularımı reallaşdıran müqəddəs şəxs və hər həyat incidəndə onu qucaqlayıb təsəlli tapdığım, ən doğma insan olaraq mənə həsr edib. Atam mənim həyatımda sözlərlə ifadəsi mümkün olmayacaq qədər elə xatirələr yaradıb ki, mən heç bir zaman qalan ömrümü onsuz təsəvvür etmək istəməmişəm. Ən kiçik yaşlarımdan bəri o, mənimlə söhbət etsin deyə, hətta orta məktəbdə yaşanılan ən mənalı və ya mənasız hər şeydən ona söhbət açmışam. Çox xırda uğurlarımdan tutmuş, böyük bir işi bacarmağıma kimi hər zəfərimdə ürəyimdə bunu demişəm – atam bunu biləndə sevinəcək, o, mənimlə qürur duyacaq. Böyüdüm, amma beynimdə və qəlbimdə bir arzu ilə – kim olursan ol, elə et ki, atan səninlə fəxr etsin. Çünki o, ən çox səni sevir.

O gün gəldi ki, uşaqlıq arzumu reallaşdırıb yazıçı oldum: gözümün önündə yüzlərlə insan, qulağımda da alqış səsləri var idi, ancaq gözüm hər zaman birinci bir nəfəri və onun əl çalan əllərini axtarırdı – atamı... Bir gün düşünəndə ki, o, nə vaxtsa dünyadan köçəcək – inanmağım gəlmir bu vəfasızlığı onun tərəfindən yaşayım. Bəlkə də qəribə gəlir insanlara – necə ola bilər, bir insan birinin qəlbini istəmədən də qırmasın? Atam o şəxsdir ki, heç bircə dəfə də ondan qəlbimi qıracaq nə söz eşitmiş, nə də onun tərəfindən sağalmayan yara almışam. Axı, bu həyatda hər şey sağalır, amma valideynlərin qırdıqları qəlbdən başqa... Mən atamı ona görə sevirəm ki, onun daxili dünyasının gözəlliyi hətta ən əsəbi anlarında da yol verməyib məni mənən incitməyə. Bəzən o evdə olmayanda içdiyim çayın dəmi, yediyim yeməyin dadı, ümumiyyətlə, evin əhval-ruhiyyəsinin, otaqların işıqlarının yerində olmadığını hiss edirəm. Ancaq o, evə ayaqlarını basanda sanki ev soyuq qışdan güllü-çiçəkli yaz fəslinə keçid edir. Eynilə elə bir atanın həyatımda olması da ilin dörd fəslində ruhumu çiçəkləndirir. Hətta bu istək özümü dərk edəndən sonra yaranmayıb.

Valideynlərimin danışdıqlarına görə, hələ körpə ikən atamın qucağında daha rahat yuxuya gedirmişəm. Zənnimcə, ana bətnindən bu sevgi Allah tərəfindən ruhuma hopub. Ta uşaqlıqdan yeganə qorxum atamı itirməkdir. Bütün normal insanların yaşadıqları kimi, mənim də itkilərim olub. Elə bir insan yoxdur ki, ömründə bir dəfə də olsun dostunu, sevdiyini, yaxud da hansısa bir doğma insanını itirməsin. Mən də həyatımda hər kateqoriyadan olan insanları itirmişəm, amma dözməyi bacarmışam. Çünki sevgisindən şübhə hiss etmədiyim məndən küsülü qalmağı bacarmayan, bütün dünyanı mənə əvəz edən atam daim yanımda olub. Amma həyatın amansız yazılan qanunlarını nəzərə alıb düşünəndə ki, nə vaxtsa atam yanımda olmayacaq – onda mən tək onu yox, birbaşa özümü də itirərəm... O hər zaman həyatımda məni qoruyan, incidilməyimə yol verməyən, sözün əsl mənasında qəhrəman rolunu oynayıb. Bəzən yaxşı ata olub öz qızının həyatında qəhrəman olmaq, hansısa sənət-peşədə uğur qazanmaqdan daha üstündür. Əbəs yerə deməyiblər: bir cənnət də əlavə olmalıdır – bəzi ataların ayaqlarının altı üçün.

Bir yerdə də belə yazılmışdı – ata ağac kimidir, özü qocalsa da, kölgəsi hər zaman övladlarına bəs edir... Mənim sevimli, hər kəsdən daha çox sevdiyim atamın artıq yubileyidir: altmış yaş. İllər bir-birini nə tez əvəzlədi... Bircə anlıq da olsa, atamın saçında ağ tükün olmadığı, məni qucağında daşımağa gücü çatdığı, atama baxıb, boyumun nə zaman onunla eyni boyda olacağını fikirləşdiyim günlərə qayıtmaq üçün nələri fəda etməzdim ki?! Atamın heç bir doğum günündə xoşbəxt olmamışam. Çünki rəqəmlər, illər onu qocaldır. Bəlkə də bizi bir-birimizdən uzaqlaşdırır. Amma o, həyatımda olduğu müddətcə, onun möhtəşəm ata olduğunu və onu nə qədər çox sevdiyimi hər zaman ona xatırladacam. Hətta atamın “ata” şeirlərində öz atasını xatırlayıb, nə qədər kövrəldiyinin şahidi olmuşam. Bir dəfə də, ona – “əgər digər dünyadakı doğmalarımız ilə bir saatlıq görüşmək şansımız olsa, kiminlə görüşmək istəyərdin?” sualını verdim. Cavabında isə düşünmədən, bir az da doluxsunmuş halda dedi – atamla... Bəlkə də ata sevgisi, atamın öz atasına sevgisindən də mənə keçib. Düşünürəm ki, özü bu həsrəti yaxşı dərk etdiyi halda, eyni ağrı-acını mənə yaşatmaz. Yüzüncü yubileyində səni təbrik etməyi çox arzu edirəm. Əgər qismət olmasa, bil ki, səni hamıdan çox sevirəm və sənin yerini heç kəs məndə əvəz edə, doldura bilməz. Yaxşı ki, atam sənsən. Mən yaşadıqca, adın adımın yanında “soyad” olaraq hər zaman yaşayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 11 İyun 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1094

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see248

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see200

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see188

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see184

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see175

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see172

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see170

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see169

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see168

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see167

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see166

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see165

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see165

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see164

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see161

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see160

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see157

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see154

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri