Icma.az
close
up
RU
Sensasion hesabat: Çin ordusu ilə bağlı gizli məlumatlar açıqlandı

Sensasion hesabat: Çin ordusu ilə bağlı gizli məlumatlar açıqlandı

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.

Birləşmiş Ştatlar Çinin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığı yerləşdirməyə qadir olduğunu güman edir.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin ÇXR-in hərbi gücünə dair növbəti illik hesabatında deyilir. Sənəd ABŞ Konqresinə təqdim edilib.

“Pentaqonun məlumatına görə, ÇXR 2030-cu ilə qədər mindən çox operativ şəkildə yerləşdirilən nüvə başlığına sahib olacaq. Onların əhəmiyyətli bir hissəsi daha yüksək hazırlıq səviyyəsində yerləşdiriləcək. ÇXR 2035-ci ilə qədər nüvə qüvvələrini genişləndirməyə davam edəcək tapşırığa uyğun olaraq", - hesabatda deyilir.

Vaşinqtonun iddiasına görə, hazırda Çinin nüvə arsenalında 600-dən çox döyüş başlığı var.

Hesabatda həmçinin qeyd olunur ki, Çin yeni qitələrarası ballistik raketlər (ICBMs) hazırlayır və çox güman ki, ABŞ-nın kontinental hissəsini vurmaq üçün bu cür qeyri-nüvə sistemlərinin yaradılması imkanlarını araşdırır.

Hesabata görə, Çin hipersəs silahları üzrə dünya lideridir:

“ÇXR dünyanın aparıcı hipersəs raket arsenalına malikdir və son 20 ildə həm adi, həm də nüvə raket texnologiyalarını inkişaf etdirib”.

Pentaqon hesab edir ki, Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri dünyanın ən böyük donanmasına çevrilib.

"Kəmiyyət baxımından ÇXR dünyanın ən böyük hərbi donanmasına malikdir. Onun döyüş gücünə 370-dən çox gəmi və sualtı qayıq, o cümlədən 140-dan çox böyük yerüstü döyüş sistemi daxildir", - deyə hesabat müəllifləri yazır.

Onların iddiasına görə, ÇXR “gəmiqayırma sahəsində ehtiyaclarını” ödəmək mənasında “praktiki olaraq özünü təmin edən” vəziyyətə çatıb.

Sənəddə həmçinin bildirilir ki, Pekin ordusuna açıq şəkildə bəyan edildiyindən 40-90% daha çox vəsait xərclənir.

Bu arada, mart ayında Çinin 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin 2-ci sessiyasının açılışında təqdim edilən 2024-cü il büdcə layihəsində Pekinin müdafiə xərclərini 7,2% artıracağı qeyd edilib. Belə ki, cari il üçün hərbi büdcə layihəsi 1,665 trilyon yuan (təxminən 230 milyard dollar) məbləğində tərtib edilib.


Zaur, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Dekabr 2024 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri