Icma.az
close
up
RU
SENSASİON İDDİA: ABŞ İsrailə 27 mi KONKRET

SENSASİON İDDİA: ABŞ İsrailə 27 mi KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ administrasiyası İsrailə dəyəri təxminən 660 milyon dollar olan böyük silah paketi satmaq qərarı verib. Silahların istehsalında türk müdafiə sənayesi şirkətinə məxsus müəssisənin iştirak etdiyi iddia olunur.

KONKRET.az xəbər verir ki, bu paketə 27 mindən çox bomba daxildir.

ABŞ Dövlət Departamentinin açıqladığı sənədlərə görə, söhbət MK-80 seriyalı bombalardan gedir. Dövlət katibi Marko Rubio satışın “İranla müharibə şəraitində təcili ehtiyac” olduğunu bildirərək administrasiyanın Konqresin icmal prosedurunu keçmədən razılaşmanı təsdiqlədiyini açıqlayıb.

Normal qaydalara əsasən, bu cür böyük silah satışları ABŞ Konqresinin nəzarətindən keçməlidir. Lakin administrasiya “fövqəladə vəziyyət” mexanizmini tətbiq edərək qanunun tələb etdiyi parlament yoxlamasını kənara qoyub.

Paketdə hansı silahlar var?

Rəsmi məlumatlara görə İsrailə veriləcək silah paketinə aşağıdakılar daxildir:

12 min BLU-110A/B bomba (təxminən yarım ton çəkidə)

10 min 250 kq-lıq bomba

5 min kiçik diametrli bomba

texniki, logistika və servis dəstəyi

Ümumi dəyər təxminən 660 milyon dollar təşkil edir. İsrail bu alışın bir hissəsini ABŞ-dən aldığı illik 3.8 milyard dollarlıq hərbi yardım hesabına maliyyələşdirəcək.

Sənədlərdə göstərilir ki, layihənin əsas podratçısı Texas ştatının Garland şəhərində yerləşən “Repkon USA” şirkətidir.

Lakin bu şirkət əslində Türkiyənin müdafiə sənayesi şirkəti “Repkon”un törəmə müəssisəsidir.

2025-ci ilin martında türk şirkəti bu zavodu ABŞ müdafiə nəhəngi “General Dynamics”dən satın alıb.

Bu müəssisə ABŞ-də MK-80 seriyalı bombaların korpusunu istehsal edə bilən yeganə zavod hesab olunur. Məhz bu korpuslar sonradan JDAM dəqiq idarə olunan bombaların əsas komponentinə çevrilir və ABŞ ordusu ilə İsrail Hərbi Hava Qüvvələri tərəfindən geniş istifadə olunur.

Bəzi amerikalı müdafiə ekspertləri bu vəziyyəti tənqid edirlər. Onların fikrincə, ABŞ-nin mühüm sursat istehsalının xarici şirkətin nəzarətinə keçməsi təhlükəsizlik baxımından suallar doğurur.

Eyni zamanda Konqresdə də narazılıq var. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gregori Miks bildirib ki, administrasiyanın Konqresi kənara qoyması “müharibə ilə bağlı arqumentlərdə ziddiyyət yaradır”.

Qeyd edək ki, Tramp administrasiyası bundan əvvəl də oxşar addım atmışdı. 2019-cu ildə İranla gərginliyi əsas gətirərək Səudiyyə Ərəbistanı və BƏƏ-yə 8 milyard dollarlıq silah satışını Konqresdən yan keçərək təsdiqləmişdi.\\Musavat.com 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Mart 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri