Sentyabrda ilk qar? Azərbaycanda soyuq payız həyəcanı
Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiyada sentyabr ayı üçün ilk qar proqnozlarının açıqlanması Azərbaycanda da payızın necə keçəcəyi ilə bağlı maraq yaradıb. Adətən yaxın qonşu ölkələrin hava şəraiti qısa müddətdən sonra ölkəmizdə də müşahidə olunur. Havaların bir neçə gündür sərin keçməsi isə artıq insanların soyuq payıza özünü hazırlamasına səbəb olur. İndi şimaldan gələn soyuq hava kütlələrinin ölkəmizə təsir edib-etməyəcəyi, xüsusən də sentyabrda hava şəraitinin necə dəyişəcəyi sual yaradır:
Bəs Azərbaycanı bu il soyuq payız gözləyirmi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Bizim.Media-ya bildirdi ki, hələlik sentyabr ayı haqqında məlumat vermək üçün çox tezdir.
“Adətən sentyabr ayı ilə bağlı hava məlumatlarını aylıq proqnoz kimi avqustun axırlarında hazırlayıb məlumatı paylaşırıq”.
G.Məmmədova bununla belə diqqətə çatdırdı ki, yaxın günlərdə ölkə ərazisində, konkret olaraq Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Bölgələrdə isə əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.
Şəfiqə Şəfa, Bizim.Media
Baxış sayı:95
Bu xəbər 17 Avqust 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















