Sentyabrda tıxacların qarşısını almaq üçün 150 avtobus xəttə çıxacaq
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və “Formula 1” yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır.
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Modern.az-açıqlamasında bu il vəziyyətin gərgin olacağını qeyd edib.
"Dərslərin başlanması hər il olduğu kimi bu ildə tıxaca səbəb yaradacaq. Formula 1 yarışlarının da həmin vaxta təsadüf etməsi və üstəlik metrodakı mövcud vəziyyət hardasa öz təsirini göstərəcək. Amma aidiyyatı qurumlar tərəfindən bu son neçə ayda böyük işlər görülüb. Hazırda 150 yeni avtobus xəttə çıxmaq üçün gözləyir. Yəni, hansı istiqamətdə sıxlıq, tələbat yaranacaqsa, o istiqamətə həmin avtobuslar yönləndiriləcək. Bu mövzuda əsas yük Dövlət Yol Polisinin üzərinə düşəcək.Onlar da artıq hazırdır.
Rəhbərlik tərəfindən müvafiq göstərişlər, təlimatlar verilib. Bütün istiqamətlərdə təhlillər aparılır. Və mən hesab eləyirəm ki, vaxtında və çevik reaksiya nəticəsində çox da ağır bir mənzərənin şahidi olmayacağıq."
Ekspert həmçinin qeyd edib ki, məhəllədaxili yollardan alternativ yol kimi istifadə oluna bilər. Lakin, məhəllədaxili yollarda restoranlar, kafelər, avtoyuma məntəqələri,servislər yolları zəbt edir. Bu isə maşın və insanların həmin yollardan istifadəsini çətinləşdirir.
Lamiyə Cənnətzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 05 Sentyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















