İran Yaxın Şərqdəki ABŞ enerji obyektlərinə daha güclü zərbələr endirməklə HƏDƏLƏDİ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın enerji infrastrukturuna növbəti hücumlar baş verəcəyi təqdirdə, Tehran ABŞ, İsrail və onların Yaxın Şərqdəki müttəfiqlərinin neft və qaz obyektlərinə daha güclü zərbələr endirəcəyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə SEPAH İranın dövlət televiziyasına verdiyi bəyanatda bildirib:
"Amerikalı və sionist təcavüzkarlar, sizi bir daha xəbərdar edirik ki, İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə ciddi bir səhvə yol verdiniz və artıq cavab almısınız. Əgər bu, yenidən baş verərsə, sizin və müttəfiqlərinizin enerji infrastrukturuna qarşı növbəti hücumlar tamamilə məhv edilənə qədər dayanmayacaq və cavabımız bugünkü hücumlardan daha sərt olacaq".
Qeyd edək ki, bundan əvvəl Tehran İranın əsas Cənubi Pars təbii qaz yatağı-na edilən hücuma cavab olaraq Qətərdəki əsas mayeləşdirilmiş təbii qaz istehsalı müəssisələrinə raket zərbələri endirmişdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 19 Mart 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















