SEPAH dan şok ultimatum: “İki universitet vurulacaq”
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər bölgədə gərginlik daha da artır, İran tərəfi ABŞ-yə qarşı açıq və sərt mesajlar verir.
Bizim.Media xəbər verir ki, SEPAH yaydığı bəyanatda ABŞ və onun müttəfiqlərinə qarşı ciddi təhdidlər səsləndirilib.
Bildirilib ki, ABŞ və “sionist qüvvələr” Tehrandakı elmi müəssisələri, o cümlədən universitetləri hədəfə alıb.
Bu səbəbdən SEPAH cavab olaraq regionda yerləşən Amerika universitetlərini potensial hədəf kimi müəyyən etdiyini açıqlayıb.
Qurum bəyan edib ki, İran universitetlərinə qarşı hücumlara cavab olaraq iki universitetin vurulması planlaşdırılır və bu addım “qarşılıq” kimi qiymətləndirilir.
SEPAH eyni zamanda regiondakı Amerika universitetlərində çalışanlara və təhsil alanlara çağırış edərək həmin ərazilərdən ən azı 1 kilometr uzaq durmağı tövsiyə edib.
Bəyanatda ABŞ hökumətinə ultimatum da verilib:
Vaşinqtondan tələb olunur ki, 30 mart, Tehran vaxtı ilə saat 12:00-dək İran universitetlərinə hücumları rəsmi şəkildə pisləsin. Əks halda, bu hədəflərə qarşı zərbələrin qaçılmaz olacağı vurğulanır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Mart 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















