Icma.az
close
up
RU
SEPAH Ermənistana gizli sistem satıb GÖRÜNTÜ

SEPAH Ermənistana gizli sistem satıb GÖRÜNTÜ

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanla gizli hərbi əməkdaşlığı üzə çıxıb.

Turkustan.az xəbər verir ki, bu detal Ermənistan tərəfinin bu ilin 28 May tarixində keçirdiyi hərbi parad zamanı diqqətdən kənarda qalan “Sepehr-110” rəqəmsal taktiki rabitə platformasını nümayiş etdirməsi ilə bağlıdır.

SEPAH-ın mühəndis-konstruktor qrupu tərəfindən hazırlanan bu platform ilk dəfə dəfə 2019-cu ilin iyulunda təqdim olunub. Sistem strateji, taktiki və döyüş səviyyələrində məlumat mübadiləsinin təmin edilməsi, müxtəlif hərbi bölmələr arasında informasiyanın ötürülməsi və komanda-idarəetmə imkanlarının artırılması üçün nəzərdə tutulub.

Platformanın müxtəlif diapazonlarda işlədiyi, səs, rəqəmsal məlumat, telemetriya və görüntülərin real vaxt rejimində ötürülməsini təmin etdiyi bildirilir.

Bununla belə, təqdim olunan texniki təhlillərdə sistemin imkanları ilə bağlı bir sıra məhdudiyyətlərə diqqət çəkilir. İrana qarşı tətbiq olunan sanksiyalar səbəbindən rəqəmsal komponentlərin, o cümlədən yüksək sürətli prosessorlar və siqnal emalı üçün istifadə olunan elementlərin Çin mənşəli mülki komponentlərə və ya paralel idxal kanallarına əsaslana biləcəyi ehtimal olunur. Bu isə sistemin ekstremal şəraitdə etibarlılığı ilə bağlı suallar yarada bilər.

Digər mühüm məsələ isə müxtəlif hərbi strukturların rabitə standartlarının inteqrasiyasıdır. Təhlillərə görə, SEPAH və İran ordusunun rabitə sistemlərinin birgə istifadəsi zamanı şifrələmə açarlarının və tezlik planlarının koordinasiyası texniki çətinliklər yarada bilər.

Əslində Sepehr-110 klassik mənada zərbə silahı deyil. Onun əsas funksiyası məlumatların toplanması, emalı, müxtəlif bölmələr arasında birləşdirilməsi və komanda-idarəetmə prosesinin təmin edilməsidir. Başqa sözlə, sistemi daha çox mobil komanda-idarəetmə və informasiya mübadiləsi platforması kimi xarakterizə etmək mümkündür.

Bu baxımdan sistemin real döyüş effektivliyi yalnız öz texniki imkanlarından deyil, onun hansı rabitə və informasiya infrastrukturu ilə birləşdirilməsindən də asılıdır. Xüsusilə etibarlı uzaqmənzilli, o cümlədən peyk rabitəsi olmadan belə bir platformanın imkanlarının məhdudlaşa biləcəyi qeyd olunur.

Yəni Sepehr-110-u güclü silah deyil, bu ilk növbədə onun peyk rabitəsinin olmaması ilə bağlıdır. Sistem öz-özlüyündə hədəfi məhv edən silah deyil və əhəmiyyəti vahid komanda-idarəetmə və məlumat mübadiləsi şəbəkəsinin tərkibində ortaya çıxır.

Bununla belə, qeyd olunan fakt İrana qarşı sərt sanksiyalar və son aylda ABŞ ilə yaranana hərbi gərginlik fonunda İrəvanın Tehranla aktiv əməkdaşlıq etdiyini ortaya qoyur. /modern.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Avqust 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri