Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

SEPAH ın güclü bir fiquru ABŞ la anlaşıb... Xameneini devirəcək Amerikalı ekspertdən ŞOK

SEPAH ın güclü bir fiquru ABŞ la anlaşıb... Xameneini devirəcək Amerikalı ekspertdən ŞOK

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

SEPAH yeni dövlət yaradır: şiə islamçılığından fars millətçiliyinə keçid – gizli ssenari açıldı

Beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik Maykl Skott Doran israilli tarixçi və siyasi şərhçi Qadi Taub ilə hazırlanan podkastda İrandakı vəziyyəti şərh edib.

Globalinfo.az xəbər verir ki, Maykl Doran İran rejiminin gələcəyi ilə bağlı üç mümkün ssenari olduğunu deyib. Onun sözlərinə görə, bu ssenarilərdən biri odur ki, 2026-cı ilin sonuna qədər rejim indiki halında qalacaq. İkinci ssenariyə görə, vəziyyəti necəsə nəzarətə götürə biləcəklər. Üçüncüsü isə budur ki, transformasiya olacaq. Üçüncüsü, yəni SEPAH-ın hansısa generalı Xameneidən qurtulur və ya o, ölür, sonra güc strukturlarını saxlamaqla rejimi yenidən dirçəltməyə başlayır, yaxud da rejim tamamilə çökür. Doran hesab edir ki, bu il rejimin sağ qalmaq şansı var, amma növbəti ildə indiki güclərini itirəcəklər:

“Rejim getdikcə zəifləyir və bunu aradan qaldırmaq üçün vasitələri yoxdur, çünki onların iqtisadiyyatı Qərb standartlarına görə xaos içindədir. İran iqtisadiyyatı çöküb. Bütün xarici valyutaları ölkə xaricindədir. İran Çinə neft satır və xarici valyutanı Çindən kənarda saxlayır, İrana qayıtmır. Onların o pulu geri qaytarmaq və İran xalqının rifahı üçün istifadə etmək imkanları yoxdur. İran öz valyutasına nəzarəti itirib. Buna səbəb sanksiyalardır. Onlar kölgə bank sistemini yaratdılar. Nefti Çinə satırlar və sonra da bütün dünyada bu kölgə şirkətlərində pullarını gizlədirlər. Pulların bir hissəsini öz proksilərinə göndərirlər. Dronları, raketləri və sair üçün lazım olan şeyləri alırlar. Amma bu normal iqtisadiyyat deyil.

Rejimin Müdafiə Nazirliyini maliyyələşdirməsi üsullarından biri də onu neftlə təmin etməsi və nazirliyin həmin nefti açıq bazarda, məsələn, çinlilərə satmasına icazə verməsidir. Ancaq satdıqları hər barel neft üçün təxminən 50 sent itirirlər, çünki nefti Çinə çatdırmaq və sonra pulu istifadə edə biləcəkləri valyutaya çevirmək üçün sanksiyalardan yayınmağın bütün bu mürəkkəb mexanizmlərindən keçməli olurlar. Çinlilər aldıqları neftə görə dollar deyil, yuanla ödəniş etmək istəyirlər.

Həmçinin su və elektrik enerjisi çatışmazlığı da var. Amma rejim bu problemlərin heç birini həll edə bilmir, çünki öz iqtisadiyyatı üzərində nəzarəti yoxdur. Neft subsidiyalarında böyük korrupsiya var. İran xalqı üçün nəzərdə tutulan subsidiyalar ölkə xaricinə çıxarılır, vasitəçilər onu ucuz qiymətə alırlar, sonra Pakistanda və ya başqa bir yerdə satıb ciblərinə qoyurlar. İsrail 12 günlük müharibə zamanı rejimin maliyyə və kompüterləşdirilmiş bank sistemini məhv etdi. Bu problem əvvəl də mövcud idi, amma israillilərin etdikləri onu daha da ağırlaşdırdı”.
Amerikalı analitikin sözlərinə görə, rejim mövcudluğunun təhlükə altında olduğunu hiss edir:

“Əsas məsələ odur ki, indiyə qədər rejimdə çatlar müşahidə olunmur. Ordu ilə SEPAH arasında ciddi gərginlik yoxdur. Güc strukturlarında iri fiqurların etirazçıların tərəfinə keçdiyi görünməyib. Rejimdə həqiqətən ciddi çatlar baş verənə qədər etirazçılara güllə açmağa davam edəcəklər.

Amerikanın nə edəcəyini görmək üçün gözləməliyik. Əgər amerikalılar Donald Trampın dediyi kimi iranlılara atəş açsalar, müharibə olacaq. Və İran buna cavab verəcək. Onların hələ də raket proqramları var. Onlar bütün bölgədəki Amerika bazalarını vurmaqla hədələyirlər. İran rəhbərliyi İsraili raketlə vurmaqla hədələyirlər. Biz bu filmi əvvəllər də izləmişik və bilirik ki, bu, ciddi məsələdir. Düşünürəm ki, administrasiyanın özü bu mərhələyə keçməzdən əvvəl uzun və hərtərəfli düşünəcək.

Bu barədə diqqətlə düşünülməlidir. SEPAH içindən güclü bir fiqur amerikalılarla anlaşma bağlayıb Xameneini devirə bilər. Anlaşmada qeyd oluna bilər ki, biz nüvə proqramından imtina edirik, müfəttişləri ölkəyə buraxacağıq və s. Razılaşmaya ballistik raketlər də daxil ola bilər. Bu, çox yaxşı olardı. O zaman SEPAH-ın fars millətçi dövləti yaranmış olacaq. Buna görə rejim siyasətini dəyişəcək. Onlar artıq bunu etməyə başlayıblar.

Əgər rejimin ritorikasına, ideologiyasına olan münasibətinə qulaq assanız, onlar şiə islamçılığından fars millətçiliyinə keçəcəklər. Fikrimcə, bunun bəzi mənfi cəhətləri var, amma belə bir ehtimal var. Və bu, mahiyyətcə Venesuela variantıdır.

Maykl Skott Doran

Amerikalı ekspert bildirib ki, bu barədə Netanyahunun “fars xalqı” ifadəsini işlətməsi onu narahat edir:

“İran çoxmillətli dövlətdir. ABŞ-da yaşayan şahzadə Rza Pəhləvi fars millətçisidir və onu nümayişlərin lideri kimi göstərmək üçün geniş kampaniya aparılır. Lakin əsas məsələ bundadır ki, etnik azlıqlar onu fars millətçisi kimi qəbul edir, İranın bütün xalqlarının nümayəndəsi kimi deyil. Xatırladım ki, azərbaycanlılar ölkə əhalisinin təxminən üçdə birini təşkil edir. Ona görə Baş nazir Netanyahu fars milləti deyəndə, həmin azərbaycanlıların böyük bir hissəsi özlərini fars millətinin bir hissəsi hesab etmir. Və Azərbaycan İsrailin sadiq müttəfiqi olduğundan, düşünürəm ki, o, fərqli bir formuldan istifadə etməlidir. Bilirsiniz, biz İran xalqının yanındayıq. Həmçinin küçələrə gülləyə qarşı müqavimət göstərən cəsur fars xalqını təhqir etmək üçün də heç bir səbəb yoxdur. Ona görə də düzgün formulun nə olduğunu bir az düşünməliyəm. İran mədəniyyəti yalnız farslara məxsus deyil”.

Doran söhbət əsnasında deyib ki, azərbaycanlılar, əslində, özlərini azəri adlandırmır:

“Bu onların xoşuna gəlmir, amma bəzən belə deyirlər, çünki hamı onları bu cür adlandırır. Azərbaycanlılar özlərini azərbaycanlı və İranda Azərbaycan dilində danışanları isə Cənubi azərbaycanlılar adlandırır. Və siz Cənubi deyirsinizsə, deməli, orada ayağa qalxmağa hazır olan bir millət var. Azərbaycanlı etnik azlıq İranın şimal-qərbində, yüksələn Azərbaycan dövləti ilə sərhəd zonada yaşayır və Azərbaycan mediasını izləyir.

Bütün bunlar yeni tarixi faktordur. Çünki Azərbaycan etnik qrupu 200 il ərzində Rusiya və ya İran imperiyasının hakimiyyəti altında olub. Beləliklə, bu, yeni bir amildir. Bundan əlavə Türkiyədə Azərbaycanla ittifaqa strateji ittifaq kimi yanaşılır. Və İrandakı azərbaycanlılar özlərini azərbaycanlı adlandırmır. Çünki bəziləri mənə deyir ki, əgər İranda “mən azərbaycanlıyam” desə, bu onun milliyyətçi olduğu və muxtariyyət və ya ayrılma istədiyini elan etmiş hesab olunur. Amma özlərini türk adlandırırlar”.

Qeyd edək ki, Maykl Doran Corc Buş (oğul) administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında baş direktor və Pentaqonda ictimai diplomatiya üzrə müavin vəzifələrində çalışıb. O, açıq şəkildə İraqın işğalını və Yaxın Şərq ölkələrini hədəf alan “rejim dəyişikliyi” siyasətini dəstəkləyib.

Xatırladaq ki, Maykl Doran “X” hesabında Osmanlı tarixinin araşdırıcısı Fransevi Efendinin “Mən İranda Qacarlar sülaləsinin bərpasını və 1906-cı il konstitusiyasını dəstəkləyirəm” ifadəsinə münasibət bildirib. “Mən Səfəviləri dəstəkləyirəm. Şah İsmayıl uzaqgörən Azərbaycan monarxı idi,” – Doran vurğulayıb.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri