Icma.az
close
up
RU
SEPAH ın sərt mövqeyi danışıqlara əsas maneədir

SEPAH ın sərt mövqeyi danışıqlara əsas maneədir

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Həm İsrail Tehrana, həm də İran Təl-Əvivə ağır raket zərbələri endirir. İranın Yaxın Şərqdə ABŞ hərbi bazalarını hədəfə alması, körfəz ərəb ölkələrinin təhlükəsizliyinin Amerika Birləşmiş Ştatları tərəfindən tam və yüksək səviyyədə təmin olunmadığını ortaya çıxdı.
Artıq ABŞ Dövlət katibi İranın Ali dini rəhbəri Əli Xameneinin onların tərəfindən öldürülmədiyini bəyan edib. Həmçinin ABŞ İranda rejim dəyişikliyini istəmədiklərini vurğuladı. Bu açıqlama ABŞ İranla müzakirələrə açıq olduğunu göstərir.
İranın yaxın 20 gün ərzində raket arsenalından geniş şəkildə istifadə edə biləcəyi mümkün görünür. Həm İsrail–ABŞ tandemində, həm də İranda danışıqlara meyillilik müşahidə edilir. Lakin mövcud vəziyyətdə ABŞ İranla birbaşa danışıqlara başlasa, bu, Tehranın mövqeyini gücləndirə bilər. Bu səbəbdən Vaşinqtonun ilkin mərhələdə İrana daha sərt hərbi zərbələr endirməsi həyata keçirilir.
Ümumilikdə, bu müharibə ABŞ-ın prezidenti Donald Trumpın siyasi imicinə mənfi təsir göstərə bilər. ABŞ artıq İranla müəyyən anlaşma mərhələsinə yaxın idi. İrandakı iqtisadi böhran, hiperinflyasiya və geniş xalq etirazları hakimiyyəti Vaşinqtonla razılaşmaya daha açıq mövqeyə gətirirdi. Lakin İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi və siyasi təsiri nəticəsində tələsik hərbi eskalasiyanın başlanması hər iki lider üçün əlavə risklər yaradacaq.
İranın ali dini rəhbərliyinə və əsas güc strukturu olan İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı zərbələr endirilməsi Tehranın daxili güc balansını dəyişdi.
Bununla belə, İranı zəifləmiş, lakin tam sabitləşdirilməmiş vəziyyətdə buraxmaq regionda daha uzunmüddətli qeyri-sabitliyə və potensial radikallaşmaya yol aça bilər.
Bu müharibə Yaxın Şərqdə və ümumilikdə beynəlxalq siyasi nizamda ciddi dəyişikliklərə səbəb olacaq. Xüsusilə də Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə ABŞ-ın ikinci böyük hərbi cəbhəyə daxil olması taktiki səhv idi. Bu addım Vaşinqtonun qlobal prioritetlərinə və resurs bölgüsünə yenidən baxmasına səbəb olacaq.
Digər tərəfdən, İsrail rəhbərliyi hesab edir ki, İrana endirilən zərbələr daxildə rejimə qarşı narazılığı artıracaq və hakimiyyət dəyişikliyinə zəmin yaradacaq. Lakin tarix göstərir ki, xarici müdaxilə çox vaxt əks effekt verərək daxili konsolidasiyanı gücləndirir.
Hazırda ABŞ-ın İranın islahatçı qanadı ilə müzakirələrə açıq olduğu görünür . Ona görə də ishalatcı qanadın üzvülərinə sui-qəsd həyata keçirilmir. Bununla yanaşı, SEPAH-ın sərt mövqeyi danışıqlara əsas maneədir. Bu səbəbdən ABŞ-ın bu mərhələdə məhz SEPAH-ın hərbi infrastrukturlarını hədəfə alacaq. Bununla SEPAH tam fiaskoya uğratmağa nail olması mümkündür.
Məhəmməd Əsədullazadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Mart 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri