Separatçılar hələ də qayıtmaqdan dəm vururlar
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
“Ermənistanda Qarabağdan köçənlərə sosial proqramlar üçün material kimi baxılır”. Tribunainfo.az xəbər verir ki, bunu separatçı Metxae Akopyan deyib.
O bildirib ki, İrəvanda Qarabağdan könüllü köçmüş şəxslər yük hesab edilməməlidir.
Maraqlı məsələ odur ki, separatçı bu dəfə “alacağıq, götürəcəyik” deməyib. O iddia edib ki, ermənilərin Qarabağa qayıdış danışıqlar yolu ilə həll olunacaq.
P.S. Separatçıların necə düşünməsindən asılı olmayaraq, ermənilərin Qarabağa qayıtması üçün Azərbaycanın konkret təklifi var. Həmin təklif də ondan ibarətdir ki, Azərbaycanlılar Ermənistandakı dədə-baba yurdlarına köməli və orada yaşamalıdırlar.
Fərda Uğur
